Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alman nazirdən "soyqırım" açıqlaması
Tarix: 02-06-2016 | Saat: 22:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Alman nazirdən "soyqırım" açıqlaması
Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer Bundestaqın uydurma “erməni soyqırımına” dair qərarının Ankara-Berlin münasibətlərinin gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-in mətbuat xidməti bildirib.

“Bu Almaniya Bundestaqının müstəqil qərarıdır. Türkiyə buna gözlənildiyi kimi reaksiya verdi və mən ümid edirəm ki, yaxın günlər və həftələr ərzində biz münasibətlərimizi elə bir yöndə quracağıq ki, kəskin reaksiyalar verilməsin”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer hazırda Argentinada rəsmi səfərdədir.

Almaniya Bundestaqı bu gün uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
14-10-2017, 09:35 Qeybət Psixologiyası

bütün xəbərlər
____ Instagram ___