Qondarma "erməni soyqırımı" qətnaməsi qərəzlidir - XİN
Tarix: 02-06-2016 | Saat: 19:42
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Almaniya parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir.
"Xəbəraz.az " xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı" kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir.
XİN rəsmisi əlavə edib ki, bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

5-05-2015, 00:15
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”-layihənin rəhbəri Arzu Əliyeva
4-10-2022, 09:06
Yaşayan Nostradamusdan şok xəbərdarlıq
27-03-2018, 22:05
Dövlət qurumu bu şəxslərə XƏBƏRDARLIQ etdi: bunları almayın, saxtadır
10-07-2022, 12:41
Nostradamusun proqnozu hər kəsi qorxutdu: Yaxın vaxtlarda...
14-04-2015, 02:25
Tarixdə bu gün
9-10-2018, 15:25
Sabah duman olacaq
22-03-2017, 00:09
Cennifer Lopez dekolteli və yarıqlı libasda - Fotolar
20-04-2018, 11:25
16 yaşlı qız özünü telefona görə öldürüb-Cəlilabadda
24-06-2023, 11:09
Evliliklərdə münasibətləri soyudan səbəb: Anhedoniya
11-05-2016, 18:23
Səudiyyə: “ABŞ olmadan Suriyaya girməyəcəyik”