Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni deputat: “Torpaqları geri qaytarılmalıyıq” – Video
Tarix: 02-06-2016 | Saat: 14:32
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Erməni deputat: “Torpaqları geri qaytarılmalıyıq” – Video
Ötən gün “Sputnik Azərbaycan”ın təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri” mövzusunda Bakı-Moskva-İrəvan videokörpüsü keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, videokörpüdə Bakıdan Milli Məclisin deputatı Rasim Musabəyov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi, politoloq Tofiq Abbasov, İrəvandan Ermənistan parlamentinin deputatları Xosrov Arutünyan və Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, “Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edib.

“Rusiyanın vasitəçilik missiyası sülhyaratmada vacibdir. Biz istəmirik ki, vəziyyət 1994-cü ildəki hala gəlsin. Ola bilsin, bizim şərtlər təkcə bizim ölkələr üçün deyil, həm də bütün region üçün fəlakət olsun. Düşünürəm ki, işğal olunmuş ərazilər geri qaytarılmalıdır. Bizim üçün əsas olan Dağlıq Qarabağın gələcəyidir. Ermənilər üçün Dağlıq Qarabağ problemi yaşam hüquqü ilə bağlıdır. Bizim üçün önəmli olan Dağlıq Qarabağda ermənilərin gələcək yaşam şərtləri və hüquqlarıdır”, - erməni deputat Xosrov Arutünyan deyib.

Millət vəkili Rasim Musabəyov isə Bakının şərtlərini sıralayıb:

“Xəritəni açın, baxın. Ermənistan Dağlıq Qarabağdan 3 dəfə artıq Azərbaycan ərazilərini işğal edib. Azərbaycan razıdır ki, təmas bölgəsində monitorinq keçirilsin. Amma ilk əvvəl hərbi əməliyyatlar dayandırılmalıdır, kommunikasiya xətləri bərpa edilməlidir, məcburi köçkünlər evlərinə qayıtmalıdır, bundan sonra DQ-nin statusu müəyyən edilməlidir. Azərbaycan başqa danışıq aparmayacaq”.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___