Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzərdə sualtı seysmik stansiyalar niyə quraşdırılmadı? - AÇIQLAMA
Tarix: 02-06-2016 | Saat: 12:31
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz-ın debatı | çapa göndər

Xəzərdə sualtı seysmik stansiyalar niyə quraşdırılmadı? - AÇIQLAMA
"Bakı şəhərinə və Abşeron yarımadasına seysmik təhlükə əsasən Xəzər dənizindəki potensial ocaq zonalarından gəlir.

Bu barədə Lent.az- a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Mərkəz direktorunun sözlərinə görə, həmin zonalarda baş verə bilən güclü zəlzələlər Bakıda MSK-64 şkalası üzrə 8 bal intensivliyində titrəyişlər yarada bilər: “Xəzər dənizi Azərbaycanın seysmik aktiv ərazilərindəndir. Hazırda da ötən dövrlərdə olduğu kimi burada zəif və orta güclü zəlzələlər qeydə alınır”.


Q.Yetirmişli deyib ki, artıq Bakı şəhərində olan yüksəkmərtəbəli binaların seysmik dayanaqlıq səviyyələri araşdırılacaq. Alınan nəticələr ümumiləşdirilərək Bakı şəhərinin seysmik riski təyin olunacaq: “Bununla bağlı Geodeziya Alman Araşdırma Mərkəzi ilə Respublika Seysmoloji Xidmət Mərkəzi Bakı şəhərinin seysmik riskinin qiymətləndirilməsi üzrə birgə işlərin aparılmasını nəzərdə tutur. Bu məqsədlə məlum seysmo-tektonik məlumatlar əsasında Bakıda seysmik təhlükənin səviyyəsi qiymətləndiriləcək".

“Bakı şəhərində seysmik riskin qiymətləndirilməsi üzrə aparılacaq işlər zamanı əldə olunan təcrübə və imkanlar əsasında gələcəkdə Azərbaycanın digər böyük şəhərlərinin də seysmik riski qiymətləndirilə bilər”, - deyə Q.Yetirmişli əlavə edib.

Q.Yetirmişli bildirib ki, respublika ərazisində iri obyektlərin inşası zamanı həmin obyektin sahəsinin seysmikliyi ətraflı tədqiq olunur, seysmik təhlükə səviyyəsi dəqiqləşdirilir və sonra tikinti işləri aparılır: “Bu işlər artıq bir qayda olaraq bütün obyektlər üçün aparılır və burada əsas məqsəd tikiləcək obyektlərin seysmik dayanıqlı olmasıdır”.

Mərkəz direktoru Xəzərin Azərbaycan sektorunda 3 ədəd dəniz dibi seysmik stansiyanın quraşdırılmasının nədən ləngidiyinə də aydınlıq gətirib: "Bu seysmik stansiyalar bir neçə il əvvəl ABŞ-ın “Kinemetriks” şirkətindən alınaraq Bakıya gətirilib, ancaq maliyyə çatışmazlığına görə bu istiqamətdə işlər yarımçıq qalıb. Maliyyə vəsaitinin olmaması səbəbindən hələ də bu stansiyalar quraşdırılmayıb. Ümid edirik ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq”.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___