Uğurumuzda ABŞ-ın xüsusi dəstəyi var - Nazir
Tarix: 01-06-2016 | Saat: 18:45
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
XXIII Beynəlxalq Xəzər Neft və Qaz 2016 sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.
"Xəbəraz.az " Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb. Nazir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək “Cənub Qaz Dəhlizi” layihəsi ilə üzrə işlərin icrasının qrafikə uyğun aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, “Şahdəniz -2” və Cənub Qafqaz Boru Kəməri üzrə işlərin 70%-nin tamamlanıb. N. Əliyev layihənin son seqmenti olan TAP-la bağlı da nikbinliyini ifadə edib. Nazir bildirib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanla yanaşı, gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İrandan təbii qazın Avropa İttifaqı ölkələrinə ixracına imkan verəcək: "Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur".
Öz növbəsində R. Dunniqan enerji sahəsində Azərbaycan-ABŞ əməkdaşlığını və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında rolunu yüksək qiymətləndirib. Azərbaycanı enerji diversifikasiyasında, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında etibarlı tərəfdaş adlandıran R. Dunniqan ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin qlobal enerji bazarındakı son vəziyyət və digər perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

2-03-2016, 11:35
MART ayına ULDUZLAR nə vəd edir
25-08-2020, 11:20
Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə VERİLDİ
20-07-2022, 11:27
Bakıda iki "Toyota Prius" toqquşub, 1 ölü, 4 yaralı var
5-02-2018, 10:29
Bərdədə 16 yaşlı qız qaçırılıb
22-08-2017, 11:14
Valideynlər DİQQƏTli olun – uşaqlar arasında virus yayılıb
2-10-2016, 17:09
Prezident: “Bu səfər böyük əhəmiyyət kəsb edir
9-02-2018, 11:37
Hacıbala Abutalıbovun oğlu adını dəyişdi
5-06-2018, 22:56
Azərbaycanda güclü zəlzələ baş verib
26-11-2021, 10:45
Sumqayıt Tibb Kollecinin direktoru, Səttar Mehbalıyevin qohumu Rəfael Eyvazovun əməlləri.. - Rəfael Eyvazovun “ölü canlar”ı...