Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat erməni general əməliyyatının sirrini açdı
Tarix: 01-06-2016 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Deputat erməni general əməliyyatının sirrini açdı
Hazırkı şəraitdə Ermənistanın müxalif qüvvələri hərbi dairələrlə birləşəcək və bu, siyasi hakimiyyətin durumunu çox ağırlaşdırcaq. Bu böhran isə Sərkisyan rejiminin iflasını qaçılmaz edəcək.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc danışıb.

Deputat Ermənistanda Müdafiə Nazirliyinin yüksək vəzifə daşıyıcılarının həbsi fonunda mühüm təqib-axtarış tədbirlərinin davamını Dördgünlük müharibənin mühüm nəticəsi olaraq qiymətləndirib:

“Aprel hadisəsi Ermənistanda bütün hərbi siyasi idarəetmə sistemindəki xaosu, cinayət və korrupsiya faktlarını, idarəçilik böhranlarını üzə çıxardı. Sərkisyanın bundan öncə üç generalı qurban verməsi cəmiyyətin etirazları ilə alovlanan zərbəni öz üzərlərindən yayındırmaq üçün hesablanmış bir əməliyyat idi. Reallıq ondan ibarətdir ki, Ermənistanın Müdafiə Nazirliyi özü boyda bir korrupsiya dəstəsidir. Nəticədə mühüm vəzifə, maddi texniki təchizat, kəşfiyyat, informasiya təminatı, kadr quruculuğu işlərinə baxan şəxslər vəzifələrini itirirlər. Bu cür boyun vurulma əməliyyatı hərbi qüvvələrlə siyasi dairələr arasında çox böyük konfrantasiyanın mövcudluğundan irəli gəlir”.

Zahid Oruc indi Ermənistan ordusunda böyük bir müxalifətin formalaşmaqda olduğunu açıqlayıb:

“Sərkisyan siyasətdə gerçəkdən diletantdır. O, erməni xalqı içərisində ən zəif adamdır və belə bir səriştəsiz şəxsin bu ölkəyə rəhbərliyi faktiki olaraq Azərbaycanın xeyrinə işləyir. Ermənistan hazırda, sadəcə, silah gücünə idarə olunur. Azərbaycanın vurduğu zərbə öz nəticələrini iki ay sonra da verməkdədir. Bu yerdə Azərbaycan üçün beynəlxalq və regional dəstək çox önəm daşıyır. Çünki dünyada elə siyasi şərait formalaşıb ki, sadəcə, hərbi meydanda zərbə vurmaq kifayət etmir, gərək onun siyasi zəmanətini də alaq”.

Qeyd edək ki, ötən gün Ermənistanın Silahlanmaya Nəzarət İdarəsinin rəisi general-mayor Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib. Çilingəryan mayın 20-də Ermənistan Prezidenti Serj Sərkisyanın fərmanı ilə vəzifəsindən azad olunub. Mayın 18-də isə Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb. Eyni zamanda, bundan öncə Serj Sərkisyan Ermənistan ordusunun 3 generalını vəzifədən uzaqlaşdırıb.


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___