Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilərdən iyrənc məktub: “Xain, alman donuzu”
Tarix: 01-06-2016 | Saat: 15:40
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənilərdən iyrənc məktub: “Xain, alman donuzu”
Almaniya Federal məclisi “1915-1916-ci illərdə ermənilərin və digər xristian azlıqların soyqırıma məruz qalmasını xatırlama və anma” başlıqlı qanun layihəsi sabah müzakirəyə çıxaracaq.

"Xəbəraz.az " xəbər verir ki, Türkiyənin sərt reaksiya göstərdiyi layihə bu ölkədə yaşayan və fəaliyyət göstərən 500-dən çox türk cəmiyyətinin də böyük narazılığına səbəb olub.

Kütləvi şəkildə deputatlara və jurnalistlərə müraciət ünvanlayan türk cəmiyyətləri qanun layihəsinin qəbuluna öz etirazlarını bildiriblər.

Lakin erməni tərəfi bu dəfə də məkrli niyyətlərini çirkin yollarla həyata keçirməyə cəhd ediblər. Bundestaq üzvlərinin elektron poçtuna türk cəmiyyətlərinin adından saxta təhdid mesajları göndərən ermənilər qanun layihəsinin “əleyhinə” səs verməyə çağırış ediblər.

“Şpigel Onlayn”ın xəbərinə görə, bəzi millət vəkilləri hətta təhqir olunub. Xüsusi ilə Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmirə məktub göndərən naməlum şəxslər, “Xain, alman donuzu” ifadələrini işlədiblər. Bu tip məktubların Almaniyada yaşayan erməni diaspor nümayəndələri tərəfindən hazırlandığı güman edilir.

Xatırladaq ki, mayın 29-da Almaniyada qondarma erməni soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına etiraz olaraq nümayiş keçirilib.

Nümayiş Berlin Türk Birliyi (TGB), Avropalı Türk Demokratlar Birliyi (UETD), Avropa Atatürkçü Düşüncə Dərnəkləri və 20-ə yaxın təşkilatın iştirakı ilə Hamburq, Hannover, Frankfurt, Köln şəhərlərində təşkil olunub.

1500-dən artıq türk “Bundestaq qərar verə bilməz”, “Parlament məhkəmə deyil” şüarları səsləndiriblər.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___