Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yeni dələduzluq: Sakinlər necə talanır
Tarix: 28-05-2016 | Saat: 15:43
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda yeni dələduzluq: Sakinlər necə talanır
İnternet provayderi öz server resursları və korporativ lokal şəbəkəsi vasitəsilə şəxslərə və ya təşkilatlara xüsusi ödəniş hesabına internetə qoşulmanı təmin edən xüsusi firmadır.

Lakin bu gün dünyada texnikanın sürətlə inkişaf etdiyi bir vaxtda Azərbaycanda internet provayderlərin xidməti başlıca problemlərdən biri olaraq qalır.

Ayın sonunda müştərilərindən hər vəchlə pulunu tələb edən internet provayderlər adlarındakı “internet” sözünün xidmətini faktiki olaraq yerinə yetirmirlər. Ya internet zəif olur, ya da ümumiyyətlə verilmir.

Bu tip provayderlərdən biri də İPnet (Skymax adı ilə də tanınır – red.) şəbəkəsidir. İnternetdən əlavə, telefon xidməti də təklif edən şirkət faktiki olaraq müştərilərini nə internet, nə də telefonla təmin edir. Şirkətin müqavilədə qeyd etdiyi nömrələrdən heç biri işləmir. Yalnız “direktor” olası şəxsin mobil nömrəsinə zəng çatır ki, o da ümumiyyətlə zənglərə cavab vermir.

Şirkətin müqavilədə göstərdiyi internet ünvanı da fəaliyyətdə deyil.

Başqa sözlə desək, şirkət tam bir dələduzluq şəbəkəsi qurub: internet telefonun çəkilməsi və nömrə üçün (“404” – internet telefonu) 65 manat, internetin verilməsini təmin edən qurğu üçün 40 manat və qoşulma haqqı olaraq 10 manat – ümumilikdə 115 manat və bir aylıq xidmətin haqqını əvvəlcədən alan şirkətlə internet və telefon işləmədiyi halda əlaqə saxlamaq, hətta xidmətin ləğvini istəmək və dəyən ziyanı geri tələb etmək fürsəti yoxdur. Beləliklə, 115 manat ödəyib, internet və telefona sahibi olduğunu düşünən abonent gülünc vəziyyətdə qalır: ya şirkətin xidmətindən birtərəfli qaydada imtina edir və beləliklə, 115 manatı (üstəlik, aylıq abunə haqqı) mənimsənilir, ya da İPnet adlı quruma ödədiyi vəsaitin girovuna çevrilir.

Hər abonenti bircə dəfə aldadıb, telefon və internet müqabilində 115 manat mənimsəyən şirkət isə nəticədə dələduzluqla vəsaiti ələ keçirmiş olur.

Bəs Azərbaycanda internet provayderlərin fəaliyyəti necə tənzimlənir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov Axar.az-a açıqlamasında vətəndaşların şikayətlə bağlı nazirliyə müraciət edə biləcəyini bildirib:

“Bu tip məsələlər provayderlərin öz müştəriləri ilə imzaladığı müqavilələrlə tənzimlənir. Nazirlik ümumi olaraq sahə üzrə tənzimləyici orqandır. Amma vətəndaşlar məsələ ilə bağlı nazirliyə şikayət edə bilərlər”.

Qeyd edək ki, dəfələrlə şikayət edilsə də, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onlarla müqavilə bağlayıb, fəaliyyətlərinə yaşıl işıq yandırılan provayderlərə nəzarət və təsir imkanlarının olmadığını bildirirlər.

Faktiki olaraq bu sahə nizamlanmadığından, bəzi provayderlər vətəndaşları talamaqda davam edirlər.

Mövzunu davam etdirəcəyik.


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___