Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qubada itmiş Şah Abbas almazı və 2 ölüm faktı - Video
Tarix: 28-05-2016 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər

Qubada itmiş Şah Abbas almazı və 2 ölüm faktı - Video

Nizami Kino Mərkəzində detektiv yazıçı Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında çəkilmiş “Xeyirlə şərin rəqsi” filminin təqdimat mərasimi keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, film heyəti və media nümayəndələri iştirak edib.

Tədbirdə söz alan xalq yazıçısı Çingiz Abdullayev öz əsərləri əsasında çəkilmiş filmlərdən danışıb və bu filmdə aktyorların uğurlu çıxışından söz açıb. Daha sonra İlqar Muradov Dronqonun çəliyini Çingiz Abdullayevə hədiyyə edib.

Filmdə yəhudi ailəyə məxsus nadir, çoxəsrlik “Şah Abbas” almazı itir. Ailə almazın tapılması üçün məşhur detektiv Dronqoya müraciət edir. Dronqonun axtarışları zamanı iki cinayət hadisəsi də baş verir. Bütün bu hadisələr Qubada – Qırmızı qəsəbədə cərəyan edir.

Qeyd edək ki, filmdə baş rolu tanınmış müğənni İlqar Muradov, digər rolları isə xalq artistləri Məbud Məhərrəmov, Şükufə Yusupova və başqaları canlandırıb. Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir


Xəbəri paylaş

8958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___