Anons: NATO Avropada savaşa hazırlaşır
Tarix: 28-05-2016 | Saat: 10:04
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər
Bu gün Rusiya Soyuq müharibə dönəminin ikinci hissəsini yaşayır.
Bu sözləri açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, Qərb və NATO Rusiyanın aktivləşəcəyi situasiyaya hazırlaşır:
“NATO genişlənməyə üz tutan hərbi siyasi alyansdır. Alyansa dövlətlərin özləri Rusiya təhlükəsindən qorunmaq üçün müraciət edirlər. Digər bir tərəfdən isə NATO demokratik əsaslara və qaydalara uyğun fəaliyyət göstərən qlobal gücdür. Bu isə Şimali Atlantika Alyansını daha da güclü edən tərəfdir. Alyansın fəaliyyəti onun genişlənməsinin zəruriliyini ortaya atmış olur. Varşava sammiti də məhz həmin genişlənmənin növbəti dayanacağıdır. Rusiya bundan narahatdır, çünki dünya dövlətləri Rusiyaya deyil, Qərbə üstünlük verirlər. Rusiya hələ də aqressiv siyasət yürüdür. Bu gün Rusiya Soyuq müharibə dönəminin ikinci hissəsini yaşayır. Müttəfiqlərinin seçim spektri onun dünyada nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxarır. Lakin bu aqressiyanın da bir sonu var. Rusiya ya böyük savaşa başlayacaq, ya da beynəlxalq qaydalara əməl edəcək. Bu baxımdan Qərb və NATO haqlı olaraq bütün vəziyyətlərə hazırlıq görürlər. Avropada NATO-nun möhkəmlənməsi və əlavə müdafiə tədbirləri görməsinin səbəbi də məhz budur. NATO masasında tezliklə yeni üzv dövlətlər görəcəyik. Bu sırada Monteneqro və Gürcüstan əsas yer tutur. Ukrayna hələ ki NATO yolunda çox addımlamalıdır. Biz tezliklə geosiyasi vəziyyətin dəyişəcəyini görəcəyik”.
Qeyd edək ki, NATO-nun Varşava sammiti bu ilin iyulunda keçiriləcək.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

21-08-2019, 21:26
Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı
28-12-2016, 08:45
Zeynəb Xanlarovanın doğum günüdür
3-11-2018, 16:33
“Gənclik Mall”da film kimi olay: 40 min dollar oğurlandı
6-01-2016, 00:14
“32 yaşlı arvadını öldürdü - “Mənə soyuqdur” sözünə görə
15-10-2016, 12:22
Metroda gedişhaqqı qalxır? – Rəsmi
25-10-2015, 17:47
Yataq otağınızıda daha da həvəsli olmaq üçün...
4-09-2016, 11:50
Arzu Əliyeva ailəsi ilə Kristal Zalda (FOTO)
11-09-2015, 02:55
“İnsanın digər dinə hörməti öz dinindən başlayır...”
22-07-2016, 15:04
“Dünya müharibəsi bu regionda başlayır” – İrandan ŞOK AÇIQLAMA
16-12-2015, 13:36
Zakir Həsənov cəbhəyə getdi – FOTO