Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Lazım gəlsə, prezident ola bilərəm” - Savçenko
Tarix: 27-05-2016 | Saat: 13:27
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

“Lazım gəlsə, prezident ola bilərəm” - Savçenko
Mayın 25-də həbsdən azad edilərək Rusiyadan vətənə dönən ukraynalı pilot, Ali Radanın deputatı, “Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Kiyevdə mətbuat konfransı keçirib.

APA-nın “zn.ua” və “112.ua” saytına istinadən verdiyi məlumata görə, N. Savçenko istər cəbhədə, istər sülh şəraitində bütün gücünü Ukraynanın müdafiəsi üçün sərf edəcəyini bildirib: “Nə ilə məşğul olmağı planlaşdırıram? Mən uçmağı sevirəm və uçmaq istəyərdim. Lakin Ukrayna üçün harada və necə faydalı olacağamsa, onu edəcəyəm. Fərqi yoxdur, Ukraynanı harada müdafiə edirəm. Əgər burada daha çox şey edə bilərəmsə, burada edəcəyəm. Əgər döyüş meydanında daha çox şey edə bilərəmsə, ora gedib, ilk sıralarda dayanacağam. Əgər mənim prezident olmağın lazımdırsa, yaxşı, mən prezident olacağam”.

Lakin N. Savçenko insanların nəyinsə əvəzində səs verməmək lazım olduğunu öyrəndiklərini güman etmir: “İnanmıram ki, insanlar qarabaşağın əvəzində səs verməmək lazım olduğunu öyrəniblər. Mən prezident olmaq istəmirəm, uçmağı sevirəm. Lakin əgər lazımdırsa, prezident də olaram, başqa bir şey də”.

N. Savçenko deyib ki, Ali Radaya gedəndə ilk işi tribunadan öz plakatını yığışdırmaq olacaq. O, Minsk razılaşmalarını effektiv saymadığın da söyləyib: “Bu razılaşmalar qəbul olunarkən mən həbsxanada idim və televiziyadan izləyirdim. Mən deyə bilmərəm ki, o razılaşmalar effektivdir. Lakin yaxşı ki, onlar ən azı alovu söndürdülər, hansı ki, həmin vaxt çoxlarını ağrıdacaq dərəcədə yanırdı. Buna görə Minsk razılaşmaları sağ olsun”.


Xəbəri paylaş

8348 dəfə oxunub.

Digər xəbərlər
9-05-2018, 14:57 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___