Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan İlham Əliyevi təbrik etdi
Tarix: 26-05-2016 | Saat: 18:57
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər


Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Xəbəraz.az " məktubun mətnini təqdim edir:

"Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətlərin tarixi baxımından qısa bir müddətdə qədim tarixindən, mədəniyyətindən və ənənələrindən güc alaraq bütün sahələrdə gözqamaşdırıcı uğurlara nail olub. Gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycanın bu uğurlarını məmnunluqla müşahidə edir və qürur duyuruq. Əminik ki, qətiyyətli və uzaqgörən liderliyiniz sayəsində qarşıdakı dövrdə də Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

“Bir millət, iki dövlət” şüarı əsasında strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə yanaşı, beynəlxalq platformalarda da bir-birimizə verdiyimiz dəstəklə ən yüksək zirvəyə qalxması məmnunedicidir. Qarşıdakı dövrdə də iki qardaş dövlət olaraq sıx əməkdaşlığımızın genişlənməkdə davam edəcəyinə, regionumuzda, hətta bölgəmizdən kənarda da təhlükəsizlik, rifah və sabitliyə əhəmiyyətli töhfə verəcəyinə əminəm.

Milli bayramınız münasibətilə Zati-alinizə, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm".

***

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İqtisadiyyat və müdafiə sahələri başda olmaqla 25 illik qısa müddətdə Azərbaycan etdiyi güclü sıçrayışla təqdirəlayiq səviyyəyə çatıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, göz qamaşdıran uğurlarınızı təqdir edir və qürurla izləyirik.

Tarixi və qardaşlıq münasibətlərimizə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə çatan əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə daha yüksək səviyyəyə qalxdığını, sıx əməkdaşlığımızın regional rifaha və sabitliyə də müsbət təsir etdiyini məmnunluqla müşahidə edirik.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə bir daha cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram".

***

Mərakeşin Kralı VI Mohammed Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Zati-aliləri, əziz qardaşım.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edir, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, həmçinin ölkələrimizin sıx əməkdaşlığına yüksək dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.

Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi dərinləşdirmək, əlaqələrimizi daha da gücləndirmək istiqamətində birgə səylərimizin davam edəcəyinə əminəm".


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___