Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə mətbuatı Bakıdan yazdı - Foto
Tarix: 25-05-2016 | Saat: 20:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyə mətbuatı Bakıdan yazdı - Foto
Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı KİV-ləri üçün ölkəmizə press-tur təşkil edib.

"Xəbəraz.az " xəbər verir ki, səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq olub, Dağüstü park, Azərbaycan Xalça Muzeyi, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Heydər Əliyev Mərkəzi, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, paytaxtın bir sıra muzey və incəsənət obyektləri ziyarət edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfərin nəticəsi Türkiyə mətbuatında dərc edilən müxtəlif məqalələrdə öz əksini tapıb. Bu yazılarda Heydər Əliyev Beynəlxalq Aeroportunun Avropa ölkələrinin hava limanlarından heç də geri qalmadığı, gözəlliyi ilə çoxlarından öndə olduğu bildirilib. Məqalələrdə İçərişəhərin qədimliyi ilə turistləri özünə cəlb etdiyi vurğulanıb. Dövlət Bayrağı Meydanında ucaldılan dirəyin “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən uca bayraq dirəyi kimi qeyd edildiyi göstərilib, habelə dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin, müasir Bakının rəmzi sayılan “Flame Towers” qüllələrinin adı çəkilib. Məqalələrdə Azərbaycan mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və digər məsələlər haqqında məlumatlar da öz əksini tapıb.

Xatırladaq ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi fevralın 29-da açılıb. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axınının artması istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.
Türkiyə mətbuatı Bakıdan yazdı - Foto


Xəbəri paylaş

7938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___