Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yoxsulluq insanın genini dəyişirmiş - Araşdırma
Tarix: 25-05-2016 | Saat: 18:34
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Yoxsulluq insanın genini dəyişirmiş - Araşdırma
“İndependent” qəzeti yazır ki, yoxsulluq içində yaşamaq insanların DNT-sini dəyişə, onları daha çox depressiyalı, nigaran və hətta narkoman edə bilər.

ABŞ-da aparılmış bir tədqiqatın nəticəsində məlum olub ki, yoxsul ailələrdən çıxan yeniyetmələrdə beyinin “dava, ya da dava” reaksiyasına cavabdeh gen dəyişikliyə uğraya bilər.

Öz növbəsində beyin badamçığında artan aktivlik depressiya riski yaradır.

Alimlər aşkar ediblər ki, aşağı həyat səviyyəsi habelə “xoşbəxtlik hormonu” adlandırılan serotonin miqdarına təsir edir.

Son illərdə alimlər bu qənaətə gəliblər ki, ətraf mühit və hətta sosial hadisələr nəinki genləri dəyişdirə bilər, hətta bu epigenetik dəyişikliklər növbəti nəsilə ötürürlə bilər.

ABŞ-ın Duke Universitetindən olan alimlər “Molecular Psychiatry” jurnalında yazırlar ki, depressiyanın daha çox yoxsul ailələrdə üzə çıxmasına da səbəb budur.

Məqalədə deyilir ki, yoxsulluq həmçinin depressiya, ifrat narahatlıq və aludəçilik kimi ruhi pozuntulara səbəb olur.

Tədqiqat nəticələrində yoxsulluqla bağlı olan faktorlar kimi stres, yarıtmaz yaşayış şəraiti, səs-küy, zorakılıq göstərilir.

Araşdırmanın rəhbəri doktor Jonna Şvartz deyib ki, onların tədqiqatı bu kimi faktorların insanın genetikasına təsirini aşkara çıxarıb.

Alim deyib ki, gündəlik problemlər və ağır sosial-iqtisadi həyat şəraiti uşaqların genetik inkişafını təsirləndirir.

Məqalədə qeyd olunur ki, SLC6A4 adlandırılan spesifik genin necə dəyişməsi 11 və 15 yaş arasında olan 132 nəfərdə, iki il müddətində öyrənilib.

Professor Şvartz izah edib ki, yoxsulluq şəraitində yaşayan insanlarda beyin badamcığını təsirləndirən həmin bu gendə və onun ətrafında xüsusi kimyəvi maddələrin konsentrasiyası yaranır və bu, məsələn qorxulu sifətlərin şəkillərinə baxarakən onların beyin badamcığındakı reaksiyanın kəskin artmasına səbəb olur.

Alimlər beyindəki dəyişikliklərin öyrənilməsi üçün maqnit-rezonans görüntüləməsi metodundan istifadə etdiklərini bildiriblər.

Tədqiqatın həmmüəlliflərindən professor Duqlas Uilyamson xatırladıb ki, depressiya kimi xəstəliklərin ən əsas risk faktoru olaraq ailə tarixçəsi götürülür.

Alimlər bu sayaq gen dəyişikliyinə daha çox yeniyetmələrin məruz qaldığını bildirirlər.

Duke Universitetinin professoru Əhməd Həriri deyir ki, belə bir hal yeniyetmələrin narkotik maddələrə meylliyini şərtləndirə bilər.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___