Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər dünya ictimaiyyətini aldadır - Foto
Tarix: 25-05-2016 | Saat: 14:21
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənilər dünya ictimaiyyətini aldadır - Foto
Bu gün AMEA-nın əsas binasında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, AMEA Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, konfransda görkəmli alimlər, millət vəkilləri, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan layihə rəhbəri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev deyib ki, Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir: “Bir çox hallarda müxtəlif beynəlxalq tədbirlərdə iştirak zamanı gənclərimizin məlumatsızlığı özünü göstərir. Bu həqiqətlər haqqında dünya ictimaiyyətinin, xarici ölkələrdə yaşayan gənclərin məlumatı azdır. Erməni alimləri tərəfindən aparılan məqsədyönlü təbliğat nəticəsində dünya ictimaiyyəti bilərəkdən çaşdırılır”.

Daha sonra söz alan Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqlarıdır: “İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib. Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir. Təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi”.

Millət vəkili Qənirə Paşayeva çıxışında İrəvan haqqında həqiqətlərin dünyaya çatdırılmasında gənclərin üzərinə böyük yük düşdüyünü qeyd edib:

“Bu gün gənclərimiz xalqımızın həqiqətlərini sosial şəbəkələr vasitəsilə əvvəlcə ətrafına, sonra türkdilli ölkələrə, daha sonra isə bütün dünyaya çatdırmalıdırlar. Mən inanıram ki, bizim iradəli gənclərimiz bunun öhdəsindən gələcəklər”.

Sonda gənc tədqiqatçıların “İrbuni şəhər-qalasının tarixinə dair”, “İrəvan şəhəri - erməni terrorunun ilk hədəfi”, “İrəvan azərbaycanlı ziyalıların maarifçilik fəaliyyəti (XIX–XX əsrlərdə)”, “İslam memarlıq abidələri sırasında İrəvan məscidləri”, “Azərbaycanın qala şəhəri - İrəvan”, “İrəvanda Azərbaycan incəsənəti nümunələri” və digər mövzularda məruzələri dinlənilib.

Ermənilər dünya ictimaiyyətini aldadır - Foto


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___