Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BP ilə SOCAR Anlaşma Memorandumu imzaladı
Tarix: 24-05-2016 | Saat: 20:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

BP ilə SOCAR Anlaşma Memorandumu imzaladı
Mayın 24-də Bakıda BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

"Xəbəraz.az " xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verir.

R.Abdullayev deyib: “BP ilə SOCAR-ı uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətləri bağlayır. BP Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli böyük layihələrin əsas sərmayədarı və operatoru olub. Şirkətlərimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlıq etdiyimiz bütün layihələr üzrə uğurlu nəticələr qazanmışıq. Bu gün yeni bir ofşor layihəsinin əsasını qoyacaq Anlaşma Memorandumunu imzalayırıq. Bu, bizim BP ilə birlikdə uzun illər əməkdaşlığımıza əsas verəcək perspektivlərdən biri olacaq”.

Q.Birrell deyib: “Bu gün həm Azərbaycan, həm də BP şirkəti üçün əhəmiyyətli bir gündür. Bu, Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləyərək yeni imkanlar axtarmaq sahəsindəki əməkdaşlığımızın davamıdır. Dünyanın digər yerlərində geoloji-kəşfiyyat sahəsindəki geniş təcrübəmizə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyalar üzrə səriştəmizə əsaslanaraq biz bu yeni imkana ümidlə baxırıq və Azərbaycanda neft hasilatının bir çox onilliklər ərzində saxlanılmasına töhfə verməkdə davam edəcəyik”.

Blok D230 suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___