Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Normand dördlüyü" Donbasda ATƏT-in polis missiyasının yerləşdirilməsini dəstəklədi
Tarix: 24-05-2016 | Saat: 06:11
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

“Normand dördlüyü" Donbasda ATƏT-in polis missiyasının yerləşdirilməsini dəstəklədi


"Normand dördlüyü" liderləri Donbasda ATƏT-in polis missiyasının yerləşdirilməsi və bu məsələ ilə bağlı məsləhətləşmələrin başlanılmasını dəstəkləyib.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib.

Mayın 24-də “Normand dördlüyü” liderləri arasında telefon danışığı olub. Vladimir Putin, Angela Merkel, Fransua Olland və Petro Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər.

Ukrayna prezidenti Avdeevka şəhəri ətrafında vəziyyətin gərginləşməsini diqqətə çəkib. P.Poroşenko rəsmi Moskvanı Ukraynanın şərqindən qoşunları çıxarmağa, bölgəyə silah və muzdluları göndərməməyə çağırıb. O, həmçinin Rusiya və Ukrayna sərhədində nəzarətin bərpa olunmasının vacibliyini vurğulayıb, ukraynalı girovların azad edilməsini tələb edib və Krım tatarlarının hüquqlarının pozulmasını yolverilməz adlandırıb.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___