Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağlarında əxlaqsız hərəkət edən qonşusunu öldürən Xaçmaz sakininin məhkəməsi başlayıb - FOTO
Tarix: 14-03-2015 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Bağlarında əxlaqsız hərəkət edən qonşusunu öldürən Xaçmaz sakininin məhkəməsi başlayıb - FOTO
“Belə insanlar cəmiyyət üçün virusdurlar”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz ş. sakini Cəbrayıl İsmayılovun (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Xeberaz.az istinadən Oxu.Az xəbər verir ki, ötən il iyulun 23-də saat 22 radələrində Xaçmaz şəhər sakinləri Eyvaz Cəbrayılov (1975-ci il təv.), Emil İsayev (1992-ci il təv.) və Elşən Əhmədovun (1991-ci il təv.) bıçaq xəsarətləri ilə Mərkəzi rayon Xəstəxanasına daxil olmaları və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, həmçinin müvafiq maddi sübutlar götürülüb.

Ayın 25-də RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Bakıda, Biləcəri qəsəbəsində kirayə yaşadığı evin yanında kafedə saxlanılıb və istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, İsmayılov 2009-cu ildə CM-nin Xaçmaz rayon məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İstintaqla müəyyən edilib ki, İsmayıl Cəbrayılov saat 22 radələrində yaşadığı Şəfəq küçəsi, 15 ünvanından çıxıb, “Mercedes” markalı avtomaşını satın almaq məqsədi ilə Mürşüd-oba kəndində yaşayan Taleh Hüseynovun yanına qayıtmaq istəyib. Qeyd edək ki, bundan əvvəl o həmin avtomobili idarə etməklə yaşadığı evin qarşısına gəlib ki, onu atası Rasimə və qardaşı Coşquna göstərsin və onlardan bir məsləhət alsın.

Evlərindən həyətlərinə çıxdıqda isə bağlarına bitişik olan və mərhum əmisi Zeydullanın bağında, digər əmisi Eyvazın kimlərəsə bərkdən nalayiq sözlər işlətməklə səs-küy saldığını eşidib və əsəbiləşib. Çünki evlərində anası, bacıları, gəlinləri ola-ola həmin adamların bağda belə hərəkətlər etməsi Cəbrayıla pis təsir edib. O əmisinin kimlərləsə bağda əxlaqsızlıqla məşğul olduğunu düşünərək, avtomobilin sükanı arxasında oturub. Ondan başqa maşında qohumu Qərib Cəbrayılov, tanışları Baloğlan Cəfərov və Cahandar Qarayev olublar. Cəbrayıl avtomobili sürətlə küçə ilə bir qədər yuxarı idarə edərək sağa döndərib və maşını Şəfəq küçəsi ilə Cahangir küçəsi arasındakı ara yola salıb. O maşında olanlara onu gözləmələrini deyib, əlindəki alışqanın işığını yandırıb həmin yerə qayıdıb.

Bağın çəpərindən ilk olaraq Eyvaz Cəbrayılov çıxıb, o əmisindən niyə evlərindən yanında bağda belə hərəkətlərə yol verdiyini soruşduqda, sonuncu söyüşlə cavab verib. Bundan qəzəblənən Cəbrayılov üzərindəki bıçaqla Eyvaza 3 zərbə vurub. Səs-küyə bağdan, qonşu küçələrdən birində yaşayan Elşən Əhmədov və Emil İsayev çıxıblar, onları görən İsmayılov hər birinin döş qəfəsinə bir zərbə endirib, sonra isə hadisə yerindən uzaqlaşıb və Bakıya gəlib.

Ayın 25-də kafelərin birində oturub çay içərkən polis əməkdaşları tərəfindən tutulub, kirayə yaşadığı evdəki tapança formasında alışqanı və hadisə vaxtı əynində olan köynəyi əməliyyatçılara təqdim edib, bıçağı isə yolda harasa atdığını bildirib.

Dindirmə zamanı Cəbrayıl İsmayılov bildirib ki, əmisi Eyvaz kimi əxlaqsız adamları yalnız öldürməklə hərəkətlərinə son qoymaq olar, çünki belə insanlar cəmiyyət üçün virusdurlar. Emil İsayev və Elşən Əhmədov isə, belə bir alçaqla oturub-durduqları və hadisə vaxtı da onların ailəsinə aid bağa özbaşına daxil olduqları üçün günah özlərində olub. Eyvaz Cəbrayılovu və yanında olan şəxsləri bıçaqlamağa onu təhrik edən olmayıb. İsmayılov törətdiyi cinayət əməlindən peşman olmadığını qeyd edib, çünki qohum-əqrabasının namusunu təmizləyib.

Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilməklə yanaşı təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 19-na təyin olunub.






Xəbəri paylaş

9068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___