Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərinizi çil və ləkələrdən təmizləməyin yolu — Losyon resepti
Tarix: 23-05-2016 | Saat: 23:46
Bölmə:Karusel / Qadınlar / Fotogalereya | çapa göndər

Dərinizi çil və ləkələrdən təmizləməyin yolu — Losyon resepti
Dərini ağartmaq, çil və ləkələrdən təmizləmək üçün bu lasyondan istifadə edin

Bu lasyonu evdə rahatlıqla hazırlaya bilərsiniz. Bunun üçün sizə sadəcə limon (alma sirkəsi ilə də əvəz etmək olar) və cəfəri lazımdır. Bu lasyon vasitəsi ilə dərinizi çil və ləkələrdən təmizləyərək ağarda bilərsiniz. Lasyondan istifadə etdikdən sonra dəriniz baxımlı və təravətli görünəcək. Cəfəri mineral və vitaminlərlə zəngindir. Bu bitkinin şirəsində efir yağları və bol kalium mövcuddur.

Cəfəri həmişə kosmetikada bərpaedici və ağardıcı xüsusiyyətlərinə görə qiymətləndirilib. O, qızartını, qıcıqlanmanı, şişkinliyi aradan qaldırır, dərini ağardır və tonusunu artırır. Civzə və səpkilərin müalicəsində yaxşı təsir göstərir. Cəfəri və limondan lasyon hazırlamaq üçün iki xörək qaşığı xırda doğranmış cəfəri, 1 çay qaşığı limon şirəsi və ya alma sirkəsi lazımdır.

Hazırlanma qaydası: 200 ml suya doğranmış cəfərini əlavə edərək 15 dəqiqə zəif od üzərində qaynadın. Soyuduqdan sonra süzün və üzərinə limon şirəsini əlavə edin. Lasyonu şüşə qabda, soyuducuda saxlamaq lazımdır. Hər gün bir dəfə dərinizi bu lasyonla silin.


Xəbəri paylaş

2 4628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___