Azərbaycanda iri logistik mərkəzi yaradılacaq
Tarix: 23-05-2016 | Saat: 20:39
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Türkiyənin İstanbul şəhərində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti dünya logistik bazarının liderlərindən olan Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüb.
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Marja-ya bildirib ki, görüşdə Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, sədrin müşaviri Vüsal Aslanov, sədr müavini İqbal Hüseynov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Qarşı tərəfdən görüşdə DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnanc, şirkətin Çin üzrə baş icraçı direktoru Stiv Huanq və digərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycanın nəqliyyat potensialı, ölkəmizdə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər gələcək əməkdaşlıqdan danışarkən, Azərbaycanda iri logistik "hub" yaradılması haqqında razılığa gəliblər.
Həmin "hub" vasitəsilə Çindən gələn yüklərin burada cəmləşərək sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.
Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalanıb.
Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistik bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi var, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.
Xəbəri paylaş
7128 dəfə oxunub.
Digər xəbərlər

30-06-2015, 15:57
İŞİD Suriyada 2 qadının başını öz ərlərinə kəsdirdi-
20-06-2021, 15:58
Koronavirus beyin toxumalarımızı məhv edir - YENİ ARAŞDIRMA
12-04-2021, 13:36
Ermənistanda daha 18 nəfər koronavirusdan öldü
15-07-2021, 10:53
Bu supermarketdə erməni hərbi çantaları satılır? - FOTOFAKT
4-01-2017, 13:14
Tamella Arzumanyan: "Azərbaycan hakimiyyəti, bizi quldur Ermənistan hakimiyyətindən xilas edin"
8-08-2016, 14:06
Xatirə izləyicilərinə küçə söyüşü söydü - “Ağzınızı…” – FOTO
23-04-2017, 21:18
Dünya bu qadına heyrandır - FOTOLAR
8-12-2017, 12:54
Məşhur model Fələstini dəstəklədi - Mən müsəlmanam! - FOTO