PA rəhbəri Çin liderinin nümayəndəsilə görüşdü
Tarix: 23-05-2016 | Saat: 15:21
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Report xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin dörd dəfə Çinə səfər etdiyini xatırladan Prezident Administrasiyasının rəhbəri Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin hər iki ölkəyə fayda verdiyini vurğulayıb, parlamentlərarası münasibətlərin də inkişaf etdiyini bildirib.
Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi Menq Jianzu Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, əlaqələrin perspektivlərindən danışıb. O qeyd edib ki, Çində ulu öndər Heydər Əliyevin xatirəsi daim hörmətlə anılır və Prezident İlham Əliyevə böyük ehtiram var.
Görüşdə bildirilib ki, hər iki ölkənin dövlət başçıları arasında sıx əlaqələr, həmçinin xalqların tarixi dostluq münasibətləri əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Söhbət zamanı Çinin Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyası - Təhlükəsizlik Şurası ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası, habelə ölkələr hüquq mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

14-12-2015, 10:36
Heyvanları şikəst edənlər böyük məbləğdə cərimələnəcəklər
7-05-2017, 15:41
Mədinə Məlik ona dəstək verən jurnalistlərə təşəkkür etdi
3-11-2020, 14:10
“Keçmiş olsun, gözəl körpəm” - Ərdoğan (FOTO)
1-06-2019, 16:02
Məşhur futbolçu qəzada öldü
12-07-2016, 02:00
"QAFQAZ İDMAN KLUBU" Qarabağ Şəhidlərinin Xatirəsinə Döyüş keçirdi
22-04-2015, 16:00
Müdafiə naziri: “Təmas xəttindəki bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib”
11-04-2022, 14:14
Koronavirusun yeni variantı yayılır - "Deltacron" haqqında nə bilirik?
16-01-2016, 18:54
Məcburi köçkünlərin yemək pulu artırıldı
28-03-2018, 12:20
Həzmi asanlaşdırır, qastriti sağaldır, dərini təmizləyir... – Şəfalı bitkinin FAYDALARI