Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Tarix: 21-05-2016 | Saat: 17:33
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Tanınmış müğənni Roza Zərgərlinin Aile.lent.az-a müsahibəsini təqdim edirik.

- Müsahibə üçün görüş yeri olaraq gözəllik salonunu seçdiniz. Bu, təsadüfən oldu, yoxsa ümumiyyətlə, gözəllik salonunda çox vaxt keçirirsiniz?

- Özümə çox az vaxt ayırıram, fiziki olaraq çatdıra bilmirəm. Amma artıq kosmetoloquma söz verdim ki, özümə vaxt ayıracam. Qadın mütləq baxımlı olmalıdır. Düzdür, biz iş qrafikinə görə özümüzə çox vaxt ayıra bilmirik. Amma yenə də bacardıqca bunu etmək mütləqdir. Çünki hər zaman göz önündə olan insanıq. Adi günlərdə tədbirlər, çəkilişlərlə bağlı gözəllik salonunda çox vaxt keçirirəm. O da yalnız make-up - makiyaj, saç, dırnaq üçün gözəllik salonunda oluram. Amma üzə, dəriyə qulluq üçün vaxt tapmıram. Son bir həftəni özümə ayırmışam. Həm vaxtlı-vaxtında Spa-ya gedirəm, həm də digər işlərimi görürəm. Çünki yeni kitabımın çapından sonra bir az rahatlıq tapmışam. Mayın 24-də isə Başqırdıstana yola düşürəm. Orada festivala qatılacam. O ərəfəyə qədər bir az özüm-özümə yaxşı mənada əl gəzdirmək istəyirəm.

- Hər zaman eyni ustaya müraciət edirsiniz?

- 10 il daimi bir ustam olub. Arada olub hansısa fotosessiya üçün, dəyişiklik olsun deyə başqa stilistlərə müraciət etmişəm. Onların arasında tanınmışlar da olub. Son iki ildə isə daimi olaraq bir make-up və saç ustasına müraciət edirəm. Hələ ki, işlərindən çox razıyam. Bütün fotosessiya, kliplərimdə onlarla işləyirəm.

- Kosmetoloqa çox getmədiyinizi desəniz də, dəriniz təravətli və təmizdir.

- Bu, bizdə genetikdir. Dayım qızı yaşca məndən böyükdür, amma məndən də cavan görünür. Bu, dəridən asılıdır. Həm də sağlam qidalanmaq böyük rol oynayır. Ola bilər kökəlirəm, arıqlayıram. Dünən arxivdən 2011-ci ilin şəklini tapmışam, orada çox arığam. Özümün özümdən xoşum gəlmədi. Demə, çox arıq olmaq da mənə yaraşmırmış. Amma sağlam qidalanmaq lazımdır. Hər halda hamısı sağlam qidalanmadan asılıdır.

- Kitabınız işıq üzü gördü, kifayət qədər vaxt aparan işdir. Övladlarınız var, onlara qulluq edirsiniz. Efirə çıxırsınız, aparıcılıq edirsiniz, axşamlar şou proqrama gedirsiniz, digər çəkilişlər də olur. Yorğun görünməmək üçün nə edirsiniz?

- Heç nə etmirəm. Sadəcə səhər oyananda mütləq bir stəkan su içirəm, sonra bir fincan qəhvə. Günə belə başlayıram. Yorğun, əhvalsız görünüb-görünməməyim daxili aləmimə bağlıdır. Əhvalım yaxşıdırsa, üzüm də parıldayacaq. Ümumiyyətlə isə, gecə saat 3-də də yata bilərəm, 5-də də, 7-də də. Bu, mənim planlarıma, sabahkı günə bağlıdır. Amma son 6 aydır ki, gecə saat 1-dən gec yatmıram. Çalışıram işlərimi saat 1-ə qədər yekunlaşdırım və yatım. Əvvəllər səhər saat 10-11-də oyanırdım. Amma son günlər saat 8 olan kimin yuxudan ayılıram. Tezdən oyanmaq yaxşı şeydir. Onda insan həm kökəlməyə meylli olmur, həm metabolizması yaxşı işləyir, həm də gün ərzində bütün işlərini çatdıra bilirsən. Əvvəllər saat 12-də yuxudan oyanırdım, 3-dək salonda olurdum, bir də baxırdım ki, axşam oldu və heç bir işimi çatdıra bilmədim.

- Bəs idman və pəhriz?

- İdmanla məşğul ola bilmirəm, çünki fiziki sağlamlığımda kiçik bir problem var. Amma üzürəm. Son zamanlar həkim mənə atçılıqla məşğul olmağı məsləhət gördü. Amma deyim ki, idmana gedirəm, fitneslə məşğul oluram, yox. Bir də arıqlamaq üçün masaj etdirirəm. Pəhriz isə ümumiyyətlə, saxlaya bilmirəm. Pəhrizi yalnız xarici ölkəyə gedəndə saxlayıram. Çünki oraların yeməklərini yeyə bilmirəm və acından ölürəm. Ona görə də xarici ölkəyə gedəndə arıqlayıb gəlirəm. Amma Bakıda, evdə nə pəhriz?! Elə bişirdiklərimin iyindən 2 kilo kökəlirəm, bir az da özüm yeyirəm, 3 kilo rahat yığıram. Həm də arıqlamağın tərəfdarı deyiləm, Şərq qadını balıq kimi olmalıdır.

- Bütün qadınlar kimi siz də ətir sevirsiniz yəqin ki.

- Ətir sevdiyim bəzək vasitəsidir. Çox müğənnilər deyir ki, ətir kolleksiyaları var. Amma bunlar boş-boş şeylərdir. Mənim evimdə 20 parfümdən artıq yoxdur. Tez-tez qoxunu dəyişməyi sevmirəm. Xaricdə olanda ətir alıram, bitdikdə həmin ətrin yeni kollreksiyasını alıram. 4-5 brend var ki, onları sevirəm. Lakin mənə ətir hədiyyə edəndə xoşlamıram. Özüm də adətən ətir hədiyyə etmirəm. Yalnız övladlarıma və həyat yoldaşıma ətir alıram.

- Ən bahalı ətrinizə nə qədər pul xərcləmisiniz?

- 300 manatdan çox olmayıb.

- Maraqlıdır, daim bəzək-düzəkdə olan Roza Zərgərli evdə yemək bişirir?

- Əlbəttə. Evdə hər işimə kömək edən xanım var. Amma yemək məsələsinə yalnız özüm baxıram. Çünki uşaqlarım başqasının bişirdiyi yeməyi yemir. Bütün yeməkləri bişirirəm də, yeyirəm də.


- Azərbaycan mətbəxindən bütün yeməkləri bişirə bilirsiniz?

- Hamısını. Üstəlik, fransız, italyan, çin, Hindistan, gürcü mətbəxindən bəzi tanınmış yeməkləri, rus mətbəxindən isə bütün yeməkləri bişirirəm. Cavan olanda həvəsli idim, hamısnı öyrənmişəm.


- Əlinizdən çıxan ən dadlı yemək hansıdır?

- Hamısı. Hətta deyərdim ki, ən yaxşı aşı mən dəmləyirəm. Evdə də həmişə bunu mənə deyiblər. İndi bilmirəm, tərifləyirlər ki, həmişə yeməyi mən bişirim, yoxsa doğrudan tərifli bişirirəm (gülür). Döşəmə, səbzi plov, nə istəyirsiz, bişirə bilərəm.

- İçkilərlə aranız necədir?

- Əvvəllər su içmirdim, yalnız dərman kimi içirdim. Amma son vaxtlar çox içirəm və bunu vərdiş halına salmışam. Qəhvə isə... Bir gün qəhvə içməsəm, stress keçirərəm. Digər bütün içkilərlə aram yaxşıdır. Bütün içkilərdən içirəm və buna normal baxıram. Təkcə şirniyyat sevmirəm. Bircə şorlu, kəsmikli şirniyyatları xoşlayıram.

- Evə bazarlığı özünüz edirsiniz?

- Adətən hə. Amma son vaxtlar qızım o missiyanı öz boynuna götürüb. Deyir "mama, sən yaxşı bazarlıq eləmirsən". Qızım da ancaq atışdırmalar, abur-cubur alır. 2-3 dəfə o bazarlıq edib, qardaşı ilə birgə. Amma mən evdə bişiriləsi ərzaqlar, ət, toyuq, balıq və s. bunların hamısını özüm almalıyam axı. Ondan başqa bacı-qardaş o pula nə alırlar mən bilmirəm. Bir aydır evin bazarlığını qızım edir.

- Geyimləri adətən alırsınız, yoxsa tikdirirsiniz?

- Gündəlik geyimlərimin hamısını alıram. Səhnə, klip geyimləri üçün ya hansısa moda evi ilə işləyirəm, ya da ekskluziv olan geyimlər satışda varsa alıram. Amma bir ilə yaxındır ki, "Casa dea" moda evi ilə çalışıram, dizayner-modelyer Roza xanım mənim üçün eksklüziv geyimlər hazırlayır. Son zamnlar mənə deyirlər ki, elə bil stilin dəyişib. Roza xanım artıq sadəcə mənim obrazım üçün işləyir. Konsert, tədbir və s. üçün geyimlər hazırlayır mənə. O, məni hiss edir, duyur. Artıq belə qərara gəlmişəm ki, səhnə üçün geyimlərimi yalnız Roza xanım hazırlasın. Verilişimdə də geyindiyim bütün geyimlər ona aiddir. Çox da razıyam ondan. Uzun müddət modelyerlərlə işləmişəm. Elə modelyer olub ki, onlarala işləmək istəmişəm, amma alınmayıb, zövqümüz üst-üstə düşməyib. Amerikan, türk modelyerlə də işləmişəm. Amma mütəmadi olaraq məni geyindirən modelyer olmayıb. Bu baxımdan Roza xanım ilkdir. Ona sadəcə hara gedəcəyimi və necə geyim istədiyimi deyirəm, vəssalam, özü nə istədiyimi dərhal anlayır. Artıq geyim haqqında düşünüb özümü yormuram.

- Aldığınız geyimlərin brend olmasına fikir verirsiniz?

- Bəzən hə, bəzən yox. Qiymətin mənim üçün önəmi yoxdur. Təki bəyəndiyim bir şey olsun. Lap 2 manatlıq da mayka geyinə bilərəm. Amma əgər yaraşırsa. Mənə yaraşmayan geyimi almıram. Bir də, mənim üçün əsas olan rahatlıqdır. Əgər geyimdə özünü rahat hiss edirsənsə, artıq bu, sənə yaraşdı. Və artıq bu, sənin dəbindir.

- Ən bahalı geyiminizə nə qədər pul xərcləmisiniz?

- Heç zaman aldığımın konkret qiymətini bilməmişəm. Çünki alanda çox şey alıram. Ona görə də bir geyimin və ya bir ayaqqabının qiymətini yadımda saxlaya bilmirəm. Məsələn, ayaqqabı almağa gedirəm, ayağıma uyğun 3-4 ayaqqabı birdən alıram, üstəlik, uşaqlara və həyat yoldaşıma da alıram. Ona görə də ayrı-ayrılıqda qiymətləri yadımda qalmır. Geyim də bu cür. Onu bilirəm ki, “Atəş” mahnısının klipində geyimlərə çox pul xərcləmişdik. Təxminən 8 min manata yaxın. 7-8 geyimə 8 min xərcləmişdik.

- Bəs ümumiyyətlə, pulu ən çox nəyə xərcləyirsiniz?

- İnanın ki, heç bilmirəm, amma çox pul xərcləyirəm. Səhər pul kisəsində pulla çıxıram, axşam qayıdanda görürəm ki, yoxdur. Sayıram, hesablayıram ki, hara xərclədim, nəyə xərclədim, bilmirəm, hesablarım da düz gəlmir. Elə bil pul kisəmin altı cırıqdır, pullarım ordan tökülür (gülür). Gün ərzində min manat da xərcləyə bilərəm, 2 min də. Amma elə olar ki, bir həftə 100 manatla dolana bilərəm.

- Aksessuarlardan nə qədər istifadə edirsiniz?

- Məcburiyyətdən alıram. Özümə qalsa, heç qızıl da taxmıram. Yalnız eynək, saat sevirəm və alıram. Həm də brendlərə üstünlük verirəm. İndiyədək özümə bir dəfə də qızıl almamışam. Həvəskarı da deyiləm. Qız vaxtı evimizdə olanda atam, anam alardı ad günümüzdə. Ailə qurandan sonra isə həyat yoldaşım alır. Amma heç vaxt demirəm filan qızıl, brilliant dəsti görmüşəm, onu mütləq almalıyam. Axırıncı dəfə həyat yoldaşım xaricdən sırğa alıb, gümüş üzərində brilliant işləmələrlə. Dedim bu nədir, gümüş üzərində birlliant olar? Qızıl olmalıdır, özü də sovet qızılı (gülür). Belə zarafat etdim. Amma çox bəyəndim. Mənim üçün brilliant yalnız qızıl üzərində olmalıdır. Gümüş xəstəsi deyiləm, sevmirəm. Aksessuarları isə məcburən obraza uyğun taxıram.

- Əksər qadınlar ayaqqabı və çanta həvəskarı olur...

- Onların xəstəsiyəm - çanta, ayaqqabı, ətir, saat, eynək. O qədər çoxdur ki, sayını itirmişəm. Birinci ayağıma baxan adamları da sevmirəm. Heç özüm də birinci ayağa baxmıram, gözlərə baxıram, gözlər qəlbin aynasıdır. Yad adam mənə deyəndə ki, qəşəng ayaqqabıların var, əsəbləşirəm. Yaxın adam deyə bilər, amma ünsiyyətim olmayan adam ayağıma baxıb kompliment deyəndə xoşuma gəlmir. Ümumi görünüşümü tərifləyə bilər, amma ayağımda nə işin var?!

- Adətən biz özümüzü nasaz hiss edəndə həkimə müraciət edirik. Siz də yalnız nasaz olanda həkimə gedirsiniz?

- Xeyr. 6 aydan bir mütləq çek-ap etdirirəm. Stomatoloqa mütləq vaxtlı-vaxtında gedirəm.


- Azərbaycanda qadın məsələhətxanaları var, amma qadınların çoxu bu məkana getməyi özünə sığışdırmır...


- Ümumiyyətlə, qadınlar 6 aydan bir sinəsi və cinsiyyət orqanlarını yoxlatdırmalıdır. Xərçəng və bir çox yoluxucu xəstəliklərdən qorunmaq üçün bu, vacibdir. Çünki biz salonlarda oluruq, müxtəlif məkanlara gedirik. Heç olmasa evdəki uşaqlarına görə özünü yoxlatmalısan. Çünki ən yaxın ünsiyyət evdəkilərlə olur, onlara infeksiya keçirə bilər. Xaricdə bu məsələ başqa cürdür. Mütləq 6 aydan bir müayinəyə gedirlər, getməsələr də, kliniklar özü çağırır. Bizdə həkimlər də, qadınlar da bu işə biganədirlər.

- Yeri gəlmişkən, övladlarınız yeniyetməlik dövrü keçirib və keçirməkdə davam edirlər. Cinsi yetişkənlik və yeniyetməlik barədə onlarla söhbətlər aparmısınızmı?

- Oğlumun o tərbiyəsi ilə atası məşğul olur. Qızım üçün isə hələ tezdir. Vaxtı gələndə özüm məşğul olacam. Oğluma özüm də bəzi şeyləri başa salıram, nümunə gətirirəm. Amma adətən atası ilə söhbətləşir. Biz hind kinosunda öpüşən olanda əlimizü üzümüzə tutub gizlədirdik. İndiki uşaqlar hər şeyi bilir. Sadəcə xəstəliklərdən qorunmaq üçün tibbi baxımdan bəzi şeyləri başa salmaq lazımdır. Mən ilk növbədə hər şeyi onların sağlamlığı ilə əlaqələndirib başa salıram.
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR
Gündə 2 min manat xərcləyən azərbaycanlı müğənni masajda... - MÜSAHİBƏ - FOTOLAR


Xəbəri paylaş

2 1768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___