Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Lavrovıy list": Made in Astara - REPORTAJ
Tarix: 21-05-2016 | Saat: 14:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

"Lavrovıy list": Made in Astara - REPORTAJ
Postsovet dövründə cənub bölgəsində əhalinin məşğul olduğu və yüksək qazanc əldə etdiyi sahələrdən biri də dəfnəçilik olub. Bu gün isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir.

Astaralı bioloq Yunus Qulamov APA TV-nin cənub bürosuna bildirib ki, dəfnənin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Bəzi mənbələrdə Türkiyəni də dəfnənin vətəni hesab edənlər var. Əsasən sübtropik ərazilərdə yetişdirilən bu həmişəyaşıl ağac Sovet dövründə qonşu Gürcüstanda geniş ərazidə yetişdirilib. Azərbaycanda isə dəfnəçilik 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonları ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları gözlənildiyindən də yaxşı nəticə verib. Sonralar bu sahə genişləndirilərək 100 hektarlarla ərazini əhatə edib. Hətta Astara rayonunda dəfnəçilik üzrə ayrıca sovxoz fəaliyyətə başlayıb: "O vaxtlar Astaranın Kijəbə qəsəbəsi ərazisində Lenin adına subtropik sovxoz yaradılmışdı. Həmin sovxozun nəzdində dəfnəni əvvəlcə eksperiment kimi yetişdirməyə başladılar. Sonradan gördülər ki, yaxşı nəticə verdi, hətta vətənindən də yaxşı nəticə verdi, ona görə də onu geniş sahələrdə yetişdirməyə başladılar, dəfnəçilik briqadası yaratdılar. Sovxozun ərazisində 20-30 hektarlıq dəfnə plantasiyalarında çalışan insanlar onun yarpaqlarını yığıb qurudur və konserv zavoduna təhvil verib pulunu alırdılar".

Yunus müəllimin sözlərinə görə, dəfnə plantasiyasının 1 hektarından 3,5-4 ton məhsul tədarük etmək mümkündür. Həm də dəfnənin becərilməsinin maya dəyəri olduqca azdır. Hətta əhalinin həyətyanı sahələrində də becərilən bu bitkinin suvarılmasına heç bir ehtiyac yoxdur. Dəfnə ağacı həm quraqlığa, həm də mənfi 20 dərəcə şaxtaya dözümlüdür: "Ağsaqqalların söylədiklərinə görə, həmin vaxtlarda dəfnə yarpaqları kölgəlikdə qurudulub, quru halda dövlət tərəfindən yığılırdı. Bu məqsədlə ayrıca tədarük məntəqələri fəaliyyət göstərirdi, onlar yığırdı və camaatın pullarını yerindəcə verirdilər. Bir kiloqram quru dəfnə yarpağını 5 manatdan, hətta 7-8 manatdan yığıblar. O dövrdə bu, böyük məbləğ olub. Məsələn, 200 kiloqram məhsul satan 1000-1500 manat pul ala bilib".

Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunub. O zaman respublikamızda kifayət qədər konserv zavodları fəaliyyət göstərdiyi üçün dəfnə yarpaqlarına da tələbat yüksək olub.

Yunus Qulamovun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir. Belə ki, dəfnə ağaclarının həm yarpaqlarından, həm də toxumlarından geniş istifadə olunur: "Dəfnənin tərkibində olan qiymətli efir yağlarından bədəndəki artıq piylərin əridilməsi, qaraciyərin, üzdəki sızanaqların, ağız boşluğundakı yaraların müalicəsində geniş istifadə olunur. Kosmetik vasitələrin tərkibində, hətta tərkibində dəfnə efiri olan sabunlar var, kosmetik vasitələr var. Üzdəki sızanaqları sağaltmaq üçün istifadə olunur".

Qeyd edək ki, hazırda dünya bazarında bu bitkiyə olan tələbatın 90-95%-ni qardaş Türkiyə ödəyir. Mütəxəssislər bildirirlər ki, əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək mümkündür.


Xəbəri paylaş

8318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___