Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirin biznesmen əmisi oğlunu öldürüb meşəyə atdılar - ŞOK TƏFƏRRÜAT
Tarix: 21-05-2016 | Saat: 13:15
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Nazirin biznesmen əmisi oğlunu öldürüb meşəyə atdılar - ŞOK TƏFƏRRÜAT


Türkiyənin gənclik və idman naziri Çağatay Kılıçın iş adamı olan əmisi oğlunu öldürüb meşəyə atıblar.

iş adamı Fatih Mehmet Kılıçın meyiti İstanbulda meşəlik ərazidə tapılıb. Polisin araşdırmasına görə, kürəyindən silahla vurulub öldürülən şəxs Türkiyənin gənclik və idman nazirinin yaxın qohumu olub. O, eyni zamanda Türkiyənin ABŞ-dakı səfirinin də qardaşı oğludur.

Məlum olub ki, iki uşaq atası biznesmen Fatih Kılıç 700 min türk lirəsinə (təxminən 350 min manat) ev almaq üçün tikinti sahibi ilə görüşməyə gedirmiş. Araşdırmalardan sonra məlum olub ki, öldürülən iş adamı İstanbulda bir ticarət mərkəzinin qarşısında inşaat işləri ilə məşğul olan 34 yaşlı Mətin Ü., və tikinti mühəndisi, 32 yaşlı Salim Ö. ilə görüşüb. Daha sonra hər üç şəxs avtomobilə minərək oradan uzaqlaşıb.


Kamera görüntülərindən ortaya çıxıb ki, meyit meşəlik əraziyə Metin Ü., adlı şəxsin maşınından atılıb. Biznesmeni tələyə salaraq öldürdükləri müəyyən edilən Metin adlı şəxs həbs edilib.

Polisdə cinayətin təfərrüatı da məlum olub. Belə ki, maşının arxa oturacağında əyləşən Salim Ö. öndə oturan Fatih Kılıçın kürəyindən tapançayla vurub öldürüb. Salim Ö. hazırda axtarışdadır.
Nazirin biznesmen əmisi oğlunu öldürüb meşəyə atdılar - ŞOK TƏFƏRRÜAT


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___