Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Matviyenko erməni təxribatının qarşısını aldı
Tarix: 20-05-2016 | Saat: 22:24
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Matviyenko erməni təxribatının qarşısını aldı

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası keçirilib. İclasda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

APA xəbər verir ki, sessiyada ilk dəfə dünyanın iri parlamentlərarası assambleyalarının nümayəndə heyətləri, o cümlədən Avropa Şurası Parlament Assambleyasınn rəhbəri Pedro Aqramunt, ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva, Parlamentlərarası İttifaqın rəhbəri Saber Çoudhuri iştirak ediblər.

İclasda müasir dövrün bir çox problemləri, o cümlədən terrorizm, ekstremizm, irqçilik, qaçqınlar və digər mühüm məsələlər müzakirə olunub. İclasdan sonra təşkil olunan mətbuat konfransında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov jurnalistlərin suallarını cavablandırıb.

O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib: “Hamımız münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəsləyirik. Dağlıq Qarabağ münaqişəsindən danışarkən unutmamalıyıq ki, müharibə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində aparılır”.

Azərbaycan parlamentinin sədr müavini qeyd edib ki, ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların tribunalarından istifadə edərək öz sözünü deməli, ədalətli mövqeyini və tələblərini ortaya qoymalıdır:

“Bizim arxamızda güclü dövlətimiz, iqtisadiyyatımız, güclü ordumuz var və buna görə də hər yerdə başımızı dik tutaraq öz sözümüzü deyə bilirik. Aprel döyüşlərindən sonra dünyada gedən proseslərdə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyinin şahidi olduq. Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasət sayəsində hazırda əksər dövlətlər Azərbaycanın mövqeyini dəstəkləyir".

Qeyd edək ki, mətbuat konfransı zamanı ermənipərəst “Reqnum” agentliyi təxribata əl atıb. Agentliyin müxbirinin Azərbaycan nümayəndəsinə ünvanlanmış “ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunarkən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri salonu niyə tərk etdi” kimi təxribat xarakterli sualına Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko sərt cavab verərək, Azərbaycan nümayəndə heyətinin salonu tərk etmədiyini, nümayəndə heyəti üzvlərinin əvvəlcədən planlaşdırılmış görüşə getdiyini bildirib.

Xatırladaq ki, ATƏT PA sədri İ.Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair uzun illərdir müxtəlif beynəlxalq tədbirlərdə səslənən məlum fikirləri söyləyib.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___