Sahibkarlara 55 milyon kredit verildi
Tarix: 19-05-2016 | Saat: 16:53
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Mayın 19-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Goranboyda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan südlük istiqamətli cins heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, gips əsaslı üzlüklərin və dam örtükləri istehsalı müəssisələrinin və 3 ulduzlu hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 895 sahibkara 55 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Bildirilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5856 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 55 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, pambıqçılıq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu investisiya layihələrinin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması imkanı yaranacaq.
Forum çərçivəsində Goranboyda güzəştli kredit ayrılmış 200 başlıq cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Son illərdə güzəştli kreditlər hesabına ildə 190 min ton süd və 2,6 min ton ət istehsal etmək gücündə olan 25 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 milyon manat və illik emal gücü 207,4 min ton olan 9 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 22,7 milyon manat güzəştli kredit verilib. Müasir heyvandarlıq kompleksləri və kiçik ailə fermer təsərrüfatları respublikanın süd emalı zavodlarının xammala olan tələbatının təmin edilməsində mühüm rol oynayır.
Xəbəri paylaş
7358 dəfə oxunub.
Digər xəbərlər

27-07-2019, 16:45
Vilayət Eyvazov "Qorotdel"ə rəis müavini təyin etdi
24-04-2016, 21:05
İranda ermənilərin aksiyasına icazə verilmədi
13-09-2017, 21:35
Sosial şəbəkədə MEHRİBAN DÜŞMƏNÇİLİK - İqtidar və müxalifət bir-birinin “kitabını” oxuyur
1-07-2017, 12:52
Bakıda 39, rayonlarda 43 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
19-02-2016, 15:22
Əməliyyat keçirildiyi deyilən məşhur restoranın sahibi danışdı
6-10-2017, 10:11
Gədəbəydə qanlı HADİSƏ: keçmiş həyat yoldaşının başını kəsdi
12-11-2017, 20:17
İtkin düşmüş iki balıqçının meyiti tapılıb
7-01-2016, 10:57
Dolların bu günə olan məzənnəsi (RƏSMİ)
4-05-2016, 19:33
"Semaşko"nun baş həkimi işdən çıxarıldı