Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rüstəmxanlı xanımına yazdığı şeiri oxuyur - Video
Tarix: 18-05-2016 | Saat: 17:53
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Rüstəmxanlı xanımına yazdığı şeiri oxuyur - Video

Xalq şairi Sabir Rüstəmxanlı həyat yoldaşı Tənzilə Rüstəmxanlıya həsr etdiyi şeiri Teleqraf.com-un “Brifinq” layihəsində səsləndirib.

Seçim çətin olduğundan hədiyyə almağı xoşlamadığını deyən Sabir Rüstəmxanlı xanımının doğum günündə yazdığı “Eşq yaşındasan, yaşını demə” şeirinin tarixçəsindən də danışıb: “Bəlkə diqqətsizəm, yaxud 15 dəqiqə fikirləşirəm, bir hədiyyə tapa bilmirəm. Ümumiyyətlə düşünürəm ki, hədiyyələr adamları uzaqlaşdırır, elələri var, dost evinə hədiyyəsiz olduğuna görə getmir. Nə olsun, hədiyyən olmasa da get.

Tənzilə xanıma həsr elədiyim şeirlərim çoxdur. Amma ad günündə hədiyyə almamışdım oturub şeir yazdım.

Ad günün mübarək, sevincim, dərdim,
Mən sənə ən gözəl duyğumu verdim.
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə...

Qadınlar həmişə istək, çiçək, mələk, kövrək yaşındadır. Şeiri yazıb çox asanlıqla vəziyyətdən çıxdım. Bəzən iş yerinə gedirəm kabinetində olmayanda təqviminə şeirlər yazıb gəlmişəm”.

Sabir Rüstəmxanlının sözlərinə görə, şeirlər konkret adamlara yazılsa da, şairlər bunu etiraf eləmir: “Şeirlərin arxasında dayanan dünyanın mənzərəsini cızsan, qeyri-adi bir şey alınar. Əslində hər şeirin bir ömrü var. Şeirləri qarşımıza qoyub şeirin necə yazıldığını, sonra nələr olduğunu yazsaq möhtəşəm bir kitab olar.

Mənim şeirlərimin arxasında dünya gözəllərinin qalereyası var. Amma onu deyə bilmərəm, yeri düşəndə deyirəm, ancaq birinə yazmışam (gülür). Qalereya mənim subay vaxtımda yaranmışdı”.

Qeyd edək ki, sözügedən şeirə həsr edilən mahnını tanınmış ifaçı Əhməd Şəfəq səsləndirib.



Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___