Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bahalaşma davam edir – Rəsmi
Tarix: 18-05-2016 | Saat: 17:21
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bahalaşma davam edir – Rəsmi
2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,2 faiz artıb.

"Xəbəraz.az " Dövlət Statistika Komitəsinin rəsmi məlumatına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artaraq 485,5 manat təşkil edib.

Bundan başqa 2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 13789,5 milyon manata çatıb.

Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib 8,3 faizi isə yığıma yönəldilib.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___