2 min hektar ərazi azad edildi - Düşmənə ağır zərbə
Tarix: 18-05-2016 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.
Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.
Erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaq.
Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır.
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər

15-01-2016, 13:50
Tovuzda film kimi olay: Öldürüldüyü deyilən qız evə necə qayıtdı?
2-10-2023, 15:08
Azərbaycanda vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi, ölən və yaralılar var – VİDEO
17-07-2016, 20:38
İstanbulda hava limanında atışma baş verib
17-02-2017, 21:55
Qaynar zəncəfil çayı və portağal suyunun faydaları
20-08-2017, 10:44
İlham Əliyev Gədəbəyə getdi
24-09-2016, 14:37
Həcc və Ümrəyə ikinci dəfə gedənlər əlavə pul ödəyəcək - 530 dollar
27-01-2017, 17:46
"BakuBus" sürücüsünün sərnişini ölümdən xilas etdiyi an - VİDEO
12-07-2016, 13:39
Moskva azərbaycanlıların bazarını bağladı
2-02-2023, 11:47
“İndi məni cəlb edəcək deputat yoxdur” - Səidə Sultan
16-10-2015, 19:28
İtaliyada işdə pornoya baxmağa icazə verildi