Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hesablama Palatası kollegiya iclası keçirdi
Tarix: 17-05-2016 | Saat: 20:20
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Hesablama Palatası kollegiya iclası keçirdi
Mayın 17-də Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan "Xəbəraz.az "-a bildiriblər ki, kollegiyada "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə olunub. Rəyin tərtib olunmasının hüquqi əsasları və istifadə olunan məlumat bazası ilə bağlı məlumat verilərək, həyata keçirilən nəzarət tədbirlərinin, həmçinin büdcə təşkilatlarından Palataya daxil olan maliyyə və digər hesabatlar əsasında aparılmış təhlillərin nəticələrinə, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarına istinad olunduğu, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait və büdcə parametrlərinin ümumi təhlili ilə bağlı icmal nəticələr diqqətə çatdırılıb.

Dövlət büdcəsi gəlirlərinin vergi və digər gəlir mənbələri, tədiyyə və mülkiyyət növləri, habelə bir sıra iri dövlət vergi ödəyiciləri üzrə icra vəziyyəti, həmçinin neft və qeyri-neft sektorlarından daxilolmaların xüsusi çəkisi ilə bağlı məlumat verilib.

Dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və bəzi hallarda isə paraqrafları səviyyəsində vəsaitlərdən istifadə vəziyyətinin ətraflı araşdırıldığı, dövlət idarəetmə, müdafiə və hüquq-mühafizə orqanlarında, sosialyönümlü sahələrdə, iqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində, habelə təsdiq edilmiş proqram və layihələr üzrə nəzarət tədbirlərinin nəticələri əsasında təkliflərin təqdim edildiyi, eyni zamanda rəyin tərtibi prosesində büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumların təqdim etdiyi hesabatlara istinad olunduğu diqqətə çatdırılıb.

Rəydə dövlət borcunun mövcud durumu, dövlət borclanma limitinə riayət olunması, büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələrindən istifadə vəziyyəti ilə bağlı təhlil də əks etdirilib. Rəyin tərtibi zamanı aparılmış təhlillər əsasında əldə edilmiş nəticələrin rəydə ayrı bölmə kimi təqdim edildiyi, həmçinin həmin nəticələr üzrə Palatanın təkliflərinin də həmin bölmədə əks olunduğu bildirilib.

Kollegiya üzvləri və iclas iştirakçıları rəy barədə ümumi fikir və təkliflərini bildirərək Hesablama Palatası tərəfindən qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___