Nazirlər Kabinetindən “Məzun evi” ilə bağlı - QƏRAR
Tarix: 26-04-2015 | Saat: 14:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Müəssisənin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib.
Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında qərar verib.
Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, qərara əsasən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində istismarına icazə verilmiş, dövlət sosial təyinatlı mənzil fonduna aid olan çoxmənzilli yaşayış binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar “Məzun evi” Sosial Müəssisəsinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib.
“Məzun evi” Sosial Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.
Nazirlik 1 ay müddətində Dövlət Sosial Təminat Xidmətinin nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsinin layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsinin ayrılmasını təmin etməlidir. Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları barədə siyahının hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir. Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik və Abşeron Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.
“Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları da müəyyənləşib.
Xəbəri paylaş
6768 dəfə oxunub.
Digər xəbərlər

24-09-2015, 16:39
Coca colanın tərkibinə süd qarışarsa
22-03-2017, 00:23
Salyanda ailə münaqişəsi intiharla nəticələndi
7-08-2017, 17:00
Əli Həsənovun nəvəsi həbs edildi - Məhkəmə qərarı
10-11-2019, 22:05
Bayraq adam-Natiq Qasımovu Bayraq günündə belə yad etdilər.
13-11-2015, 13:49
Kəlbəcər girovlarının məsələsi - BMT-də
8-02-2023, 11:12
Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? - RƏSMİ CAVAB
15-03-2022, 12:07
"Anamın bir çanta brilyantı və evi mənə qaldı" - Video
11-08-2015, 12:34
73 yaşlı kişi borc üstündə güllələndi
16-03-2015, 16:43
Rusiyada nə baş verir? - Şimal donanmasına döyüş tapşırığı
1-03-2022, 14:02
Rusiya döyüşlərdə miqrantlardan istifadə edir - VİDEO