Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Generaldan Mir Şahinə: “Sizə deyirdim ki...” – Video
Tarix: 16-05-2016 | Saat: 00:53
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Generaldan Mir Şahinə: “Sizə deyirdim ki...” – Video

Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri atəş açırlar və təbii ki, cavabları verilir.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mir Şahinə müsahibəsində bildirib.

Nazir indiyə kimi Naxçıvan istiqamətində problemlər yaşanmadığını deyib: “Nadir hallarda problemlər olurdu, hər tərəfdə atəşkəsə riayət edilirdi. Çünki dövlət sərhədidir. Orada heç kimin heç kimə torpaq iddiası ola bilməz”.

Zakir Həsənov Ermənistan müdafiə nazirinin Naxçıvanla sərhəddə baş verənlərdən xəbəri olmadığı barədə açıqlamasına da münasibət bildirib: “Əgər xəbərləri yoxdursa, deməli, orda intizamsız hərbi qulluqçular atəş açırlar. Belə çıxır ki, ora idarə olunmur” .

“Onlar atəş açırlar və təbii ki, cavabları verilir. Bundan sonra da veriləcək”, - deyə Azərbaycan müdafiə naziri vurğulayıb.

Nazir xalqı ANS vasitəsilə əmin edib ki, cəbhədə üstünlük tamamilə Azərbaycanın tərəfindədir: "Azərbaycan xalqı narahat olmasın, Azərbaycan Silahlı Qüvvələri bütün əməliyyat şəraitinə nəzarət edir. Təşəbbüs bizdədir, artıq hamı bizim hərbi üstünlüyümüzü görür".

Zakir Həsənov iki il qabaq verdiyi müsahibəsini xatırladıb: "Yadınızdadır? Mən sizə deyirdim ki, cənab Prezident islahatlara başlayıb. İndi sizan sualınıza cavab olaraq deyirəm ki, bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında və düzgün istiqamətlərdə həyata keçirilir".



Xəbəri paylaş

2 8018 dəfə oxunub.

Digər xəbərlər
5-08-2017, 11:01 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___