Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rus raketi ilə türk "Kobra"sı vuruldu - Video
Tarix: 15-05-2016 | Saat: 22:28
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Rus raketi ilə türk "Kobra"sı vuruldu - Video

Türkiyənin cənub-şərqində PKK- ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata əsasən mayın 15-də Şırnakda gedən döyüşlərdə türk ordusu daha 7 əsgərini itirib, PKK-çılar eyni vaxtda dörd istiqamətdən Türkiyə ordusunun mövqelərinə hücum etdiyi bildirilir. PKK-çıların da çoxsaylı itkilərə məruz qaldığı açıqlanıb.

Virtualaz.org-un məlumatına görə, mayın 13-də gedən döyüşlərdə isə Türkiyə silahlı qüvvələri “Kobra” tipli döyüş vertolyotunu itirib. Baş qərargah vertolyotun “texniki nasazlıq” üzündən qəzaya uğradığını, iki pilotun həlak olduğunu bildirir. Lakin PKK-nın “GerillaTV” internet televiziyası vertolyotun Rusiyadan alınan “İqla” daşınan zenit-raket kompleksi ilə vurulduğunu əks etdirən videogörüntüləri yayıb.

Kadrlardan görünür ki, yüksək dağlıq ərazidə gedən döyüşlər zamanı kolluqda gizlənmiş PKK terrorçusu vertolyota “İqla”dan atəş açır, raketin hədəfə dəyməsi nəticəsində vertolyot havada parçalanır.

Türkiyənin Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurmasından sonra Moskva kürd separatçılarına dəstəyi artırıb. Suriyanın şimalındakı kürd qruplaşmaları Moskvada ofis açıblar, Türkiyədə PKK-ya bağlı kürd partiyasının lideri Moskvaya dəvət olunub və yüksək səviyyədə qəbul edilib. Rusiyanın PKK-ya silah dəstəyini artırdığı və bu qruplaşmaya daşınan zenit-raket kompleksləri də daxil olmaqla yeni silahlar verdiyi haqda məlumatlar yayılmışdı.



5608 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 11:46 ABŞ-da bayraq savaşı

bütün xəbərlər
____ Instagram ___