Azərbaycan yeni hərbi təyyarələr alır - FOTO
Tarix: 14-05-2016 | Saat: 15:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq.
Anspress bildirir ki, bu barədə "İnterfaks" agentliyi xəbər yayıb.
Məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni təyyarə satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq.
Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırma müddəti və müqavilənin detalları hələ məlum deyil.
Hərbi nəqliyyata "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr "Antonov" An-158 hərbi hava gəmisinin əsasında yığılır.
Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır.
2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın "Aleniya" C-27j, ABŞ-ın "Lockheed Martin" C-130j, Braziliyanın "Embraer" KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.
2015-ci ildə Səudiyyə Ərəbistanı "Antonov" təyyarəsindən 30 ədəd sifariş edib.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

20-02-2017, 00:33
Bal-zəncəfil-limon: möhtəşəm qarışım
1-04-2016, 11:53
Ali Məhkəmə Milli Məclisə boşanmalarla bağlı təkliflər göndərəcək
1-06-2019, 15:30
Brilliant Dadaşova TANINMAZ HALDA
30-01-2017, 19:26
Bakıda 35 yaşlı qadın faciəvi şəkildə öldü
6-11-2017, 13:55
Kəlbəcərin yeni görüntüləri - VİDEO
1-07-2020, 15:52
Pensiya alanların DİQQƏTİNƏ!
25-06-2023, 16:05
"Travmatologiya İnstitunda, travmalı idarəçilik"
8-03-2019, 21:07
Əmisini öldürdü, izi itirmək üçün evi yandırdı