“Türkologiya” jurnalının yeni sayı çapa hazırdır
Tarix: 14-05-2016 | Saat: 15:35
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün 1-ci sayı yaxın günlərdə işıq üzü görəcək. Kulis.Azın məlumatına görə “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxstan, Türkmənistan, Almaniya, Albaniya və Azərbaycan alimlərinin məqalələri yer alır.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik problemləri”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Müzakirə və diskussiya”, “I Türkoloji qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.
4788 dəfə oxunub.
Digər xəbərlər

8-04-2022, 13:04
Metroda niyə şəkil çəkdirmək olmaz? - AÇIQLAMA
3-03-2022, 12:36
Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?
25-07-2021, 15:43
Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü - Bakıda dəhşətli qətl - FOTO
3-03-2020, 11:57
Azərbaycanda maaşlar artırılacaq - RƏSMİ
3-07-2018, 16:11
Marketdən alınan çörəyin içindən protez diş çıxdı - FOTO
14-01-2022, 13:12
Tarif Şurasının iclası keçirildi - Bu qiymətlər dəyişdirildi
27-06-2017, 19:46
Kriştiano Ronaldo ilə azərbaycanlı dostunun görüşü - VİDEO
28-04-2016, 18:55
Türkiyə: "Terrorçu qruplaşmanı tapdıq"
29-03-2017, 16:06
Sərkisyan ətrafına inamını itirib – Erməni KİV-i