Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağ masa üzərində - “Düşmənə güzəşt edilməməlidir”
Tarix: 13-05-2016 | Saat: 17:56
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qarabağ masa üzərində - “Düşmənə güzəşt edilməməlidir”
Xəbər verdiyimiz kimi, cəbhədə baş verən dördgünlük döyüş əməliyyatlarından sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşünün keçirilməsi planlaşdırılır.
"Xəbəraz.az " xəbər verir ki, görüş ATƏT-nin Minsk Qrupunun təşəbbüsü ilə baş tutacaq. Sözügedən görüşdə eyni zamanda üç həmsədr ölkənin xarici işlər nazirlərinin də iştirakı gözlənilir. Rusiya mediasının yazdığına görə, görüşün mayın 16-da keçirilməsi gözlınilir. Analitiklərinin gözləntiləri isə ondan ibarətdir ki, aprel əməliyyatlarının nəticəsi ilə bağlı müzakirələr aparılacaq.
“Qafqazinfo” millət vəkillərindən görüşdə hansı məsələlərin müzakirə ediləcəyi, Azərbaycanın lehinə mühüm nəticələrin əldə olunub-olunmayacağı ilə maraqlanıb.
Millət vəkili Zahid Oruc bildirib ki, prezidentlərin görüşünün yüksək səviyyədə təşkil olunması ona sübutdur ki, Kerri və Lavrov arasında baş tutan telefon danışıqlarında Qarabağ məsələsinin müzakirəsi əbəs yerə deyilmiş: “Söhbət təkcə bir çoxlarının dediyi kimi, Qarabağ məsələsindən istifadə edərək Rusiyanın Qərblə bir dialaoq mühiti yaratmasından getmir. Məlum sanksiyalar üzündən siyasi kanallarının da çoxusu bağlanıb. Qarabağ məsələsi yaxşı bir müstəvidir ki, Amerika, Rusiya, Fransa arasında müxtəlif danışıqlar getsin. Amma Ermənistan tərəfi dördgünlük müharibədən sonra müxtəlif şərtlərlə çıxış etmişdi. Sarkisyan rejimi üç generalını qurban verməklə düşünürdü ki, yalnız müxtəlif siyasi mövqelər qoymaqla cəmiyyətdə mövqeyini, dayanıqlığını birtəhər saxlaya bilər. Artıq indi Vyanada görüşün keçirilməsi ilə bağlı bəyanatın verilməsi də sübut edir ki, Sarkisyan öz səhvlərinin üstündən keçməli olub. Amma görüşdə Lavrovun sülh planının müzakirə olunmasına inanmıram. Daha artıq dərəcədə etimad yaradıcı bir danışıqlar gedəcək, amma tərəflərə təzyiq olunacağına da şübhə etmirəm”.

Onun sözlərinə görə, bu gün Rusiya tərəfindən ikinci Qarabağa savaşının dayandırılmasına rəğmən bilavasitə bölgəyə təsir edən tək dövlət olması səbəbiylə prosesi təkbaşına saxlamağa cəhd edəcəksə, Amerika, Fransa çalışacaq ki, Rusiyanın bu prosesdə dominantlığına yol verməsinlər: “Artıq Gürcüstana tankların yeridilməsi ilə Amerika göstərmiş olur ki, Qarabağ məsələsini təkcə Rusiyanın sərəncamına verilməsi bağışlanılmaz səhvdir. Görüşdə tərəfləri atəşkəsin qorunub saxlanılması şərtlərinə inandırmağa çalışacaqlar, müxtəlif qarantiyalar istəniləcək. Amma erməni tərəfininin maksimum çalışdığı odur ki, Amerika texnolojisi təmas xəttinə gətirilsin, bu vasitəylə atəşkəsin pozulmasını fiksasiya edən qurğular orada olsun. Bunlar üçün orada səngərə girib yaşamaq önəmlidir.
Azərbaycan tərəfinin ən mühüm şərti dördgünlük müharibənin yeni parametrlərini danışıqlar müstəvisinə keçirmək olmalıdır. Hesab edirəm ki, üç ölkənin xarici işlər nazirləri çərçivəsində görüşün keçirilməsindən sonra mümkündür ki, Rusiya tərəfindən Putinin bölgəyə gəlişi, yaxud da Moskvada rayonların qaytarılması məsələsinin müzakirəsi baş versin. Vyana görüşünün başlıca məqsədi isə müharibənin qarşısını almaq üçün prezidentlərdən qarantiyalar istəməkdir. Amma bu da baş verməyəcək. Azərbaycan tərəfi Rusiyanın mövqelərini və təşəbbüslərini qəbul etmiş olsa, bu o deməkdir ki, Ermənistan guya öz kursu adıyla növbəti dəfə ölkəsində siyasi terrora yol açmış olacaq”.
Millət vəkili Fazil Mustafa görüşdən müsbət istiqamətdə bir nəticə gözləmədiyini diqqətə çatdırıb: “Çünki Vyanada hər hansı bir şəkildə Avropanın, Minsk Qrupunun moderatorluğu ilə yenilik gözlənilmir. Burada ölkə başçıları arasında atəşkəs rejiminin gözlənilməsi tələbi qoyula bilər. Azərbaycan da faktik olaraq sübut edir ki, atəşkəsi Ermənistan tərəfi pozur. Ermənistanın torpaqları azad etmədiyi müddətcə bu məsələnin sakitləşmə perspektivi yoxdur. İndi inanmıram ki, Ermənistan belə tezliklə siyasətində korrektlər etsin, geri çəkilmə anlayışını göstərsin, işğaldan əl çəksin. Ona görə də yenilik gözlənilmir. Sadəcə fikir mübadiləsi ola bilər.

Görüşdə 5 rayonun qaytarılması məsələsinin müzakirəsi də gözlənilmir. Çünki, bu orada müzakirə olunası məsələ deyil. Birbaşa Rusiya ilə bağlı məsələdir. Rusiya öz iradəsini göstərsə, çox güman ki, bunun reallaşması gündəmə gələ bilər”.

Hərbi ekspert Üzeyir Cəfərov da Vyana görüşündən gözləntilərinin çox cüzi olduğunu vurğulayıb: “Elə olsun ki, bu görüşdə bizim ziyanımıza olan hər hansı təklif irəli sürülməsin. Bu görüş təkcə iki prezident arasında deyil, həmçinin üç ölkənin xarici işlər naziri arasında da baş tutacaq. Azərbaycan prezidenti birmənalı olaraq BMT-nin məlum dörd qətnaməsinin qeyd şərtsiz yerinə yetirilməsi üçün tələb qoymalıdır. Çünki o sənədlər qüvvəsindədir. Bizim yeganə arqumentimiz o qətnamələrin yerinə yetirilməsi ola bilər. Çünki faktiki olaraq həm Rusiyanın, həm də Ermənistanın çalışdığı məsələ vaxt udmaq, mövqelərini qəlizləşdirməyə
çalışmaqdır”.

Ekspert əlavə edib ki, indiki halda bütün üstünlüklər Azərbaycanın tərəfindədir: “Bu günə kimi dözüm, səbr nümayiş etdirdik. ATƏT-in Minsk Qrupuna şərait yaratdıq. Rusiya son günlərdə missiyanı üzərinə götürsə də, hər hansı nəticə olmadı. Sadəcə Lavrovla Kerri arasında son zamanlarda beş dəfə telefon danışığı olub və hansısa məsələlələr razılaşdırılıb. Burada çox böyük oyun gedir. Azərbaycan imkan verməməlidir ki, bəzi qüvvələr onun humanistliyindən istifadə etsinlər. Düşmənə heç bir halda güzəşt edilməməlidir”.


Qarabağ masa üzərində - “Düşmənə güzəşt edilməməlidir”
Qarabağ masa üzərində - “Düşmənə güzəşt edilməməlidir”
Qarabağ masa üzərində - “Düşmənə güzəşt edilməməlidir”
Qarabağ masa üzərində - “Düşmənə güzəşt edilməməlidir”








Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___