Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putinin Bakı səfərinin - Səbəbi
Tarix: 13-05-2016 | Saat: 16:54
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Putinin Bakı səfərinin - Səbəbi

Kreml Qarabağ münaqişəsinin nizama salınmasına dair aralıq planını həyata keçirmək prosesini gücləndirir. Mayın sonuna kimi Rusiya Prezidenti Vladimir Putinin Bakıya və İrəvana baş çəkəcəyinə dair informasiya da bu ehtimalı gücləndirir.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib. Onun sözlərinə görə, Moskvanın planı ən az 5 rayonun Azərbaycana qaytarılması və Azərbaycanın nəzarəti altında yaradılacaq Dağlıq Qarabağ muxtariyyəti ətrafında “təhlükəsizlik kəməri”nın yaradılmasıdır:

“Bunun qarşılığında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması istiqamətində iş başlayacaq”.

Ekspert diqqətə çatdırır ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev formal səbəb kimi Qələbə Günü bayramında Moskvaya gəldi:

“Məlumatlı mənbələrin məlumatlarına görə, əslində bu səfərin məqsədi başqa olub. Belə ki, Nazarbayev Moskvaya Azərbaycanın ittifaqa üzvlüyü ilə bağlı geosiyasi sazişin detallarının müzakirəsi məqsədilə gəlib. Məlum olduğu kimi, Nazarbayev Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Məsələn, Ermənistanın ittifaqa üzv olması zamanı o, Qarabağ məsələsini gündəmə gətirmişdi. O, İlham Əliyevin fikirlərini ifadə edərək, Ermənistanın Qarabağsız üzvlüyünü irəli sürdü”.

Ekspert iddia edir ki, Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, onun vəziyyəti Ermənistandan daha yaxşı olacaq.

“İrəvan tamamilə çarəsizdir və buna görə Moskvaya səssiz-səmirsiz qulaq asır. Bununla yanaşı, artıq reallıqdır ki, indi Qarabağ münaqişəsində mövcud status-kvonu saxlamaq mümkün deyil. Moskva artıq dərk etməlidir ki, İrəvan hazırkı hərəkətləri ilə ölkədə hakimiyyət dəyişməsini yaxınlaşdırır. Prezident Serj Sarkisyan və onun Qarabağ komandası utanmadan Kremli “sağırlar”, - ekspert qeyd edib.


Xəbəri paylaş

7848 dəfə oxunub.

Digər xəbərlər
4-10-2017, 12:59 Yağışlar səngiyəcək
4-04-2015, 18:51 Hicab - azadlıqdır!

bütün xəbərlər
____ Instagram ___