Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar
Tarix: 12-05-2016 | Saat: 14:21
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5% artıb.
Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2% artıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, 2016-cı ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

14-11-2022, 12:46
İstanbuldakı terrorun sifarişi bu yerdən gəlib ŞOK AÇIQLAMA
9-06-2015, 13:06
Bələdiyyə sədrini öldürən sürücüsü imiş – TƏFƏRRÜATLAR
6-01-2017, 11:43
İsti hava nə qədər davam edəcək? - Nazirlikdən açıqlama
11-12-2022, 12:01
Dünyanın ən cazibədar alimi - FOTO
24-06-2021, 12:33
Azərbaycanda DƏHŞƏT: 17 yaşlı gəlinin əri impotent çıxdı, qaynı zorladı
18-05-2017, 12:13
Valideynini itirmiş uşaqlar üçün tikilən binalar artırılacaq
20-06-2018, 10:24
Elşad Miraləm Diaspor Komitəsindəki işindən azad edildi