Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni parlamentindəki gizli müzakirənin – Şok detalları
Tarix: 11-05-2016 | Saat: 18:00
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Erməni parlamentindəki gizli müzakirənin – Şok detalları

Ermənistan parlamentində Qarabağda yaranmış vəziyyətə görə Müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə keçirilən qapalı görüşün bəzi detalları məlum olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Bildirilir ki, səs yazısında deputatların Seyran Ohanyana sulları və verilən cavablar erməni ictimaiyyətinin təşvişinə səbəb olub. İclasda deputatlardan Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan S.Ohanyana müraciət edərək Dağlıq Qarabağda baş verən itkilərin həddindən artıq çox olmasının, silah və texnikanın çatışmamasının səbəbini soruşub. Ohanyan cavabında bunun maddi və mənəvi tərəflərinin olduğunu bildirərək sualdan yayınıb.

Digər deputat Zaruhi Postancyan orduya gənclərin cəlb olunmasına narazılığını bildirib, belə davam edərsə, erməni millətinin kökünün kəsilməməsi üçün gənclərdən mayalanma nümunələri götürülməli olacağını rişxəndlə bildirib.

Həmçinin, iclasda orduya ayrılan pulların mənimsənilməsi hallarına toxunulub. Ohanyanın ailəsinə mənsub “Mersedes” avtomobilləri və müxtəlif tibb avadanlıqlarını ölkəyə gətirən“Avanqard” şirkəti barədə verilən suallar da diqqət çəkib. Hansı ki, bir müddət öncə bu şirkətin ölkəyə gətirdiyi məhsulları dəyərindən dəfələrlə baha qiymətə Müdafiə Nazirliyinə satması barədə xəbərlər yayılmışdı.

Bundan başqa, iclasda Dağlıq Qarabağda hazırkı vəziyyət, son dövrlər Ermənistanın imicinin zədələnməsi və dəstəkçi dövlətlərin Qarabağ məsələsində səssiz qalması narahatlıq yaradan məsələlər sırasında qeyd olunub. İclas Dağlıq Qarabağla bağlı vəziyyət Ermənistanın əleyhinə dəyişərsə, hansı addımların atılacağı barədə fikir ayrılığı ilə sona çatıb.

Qeyd edək ki, Ermənistan parlamentində Qarabağda yaranmış vəziyyətə görə Müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə keçirilən qapalı görüşün səs yazısının mediaya çıxması qalmaqala səbəb olub. Görüş zamanı deputatlardan biri Seyran Ohanyanın səsini gizlicə yazıb və mediaya sızdırıb.


Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
12-06-2022, 14:14 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___