Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli bəy adına mükafatlar təqdim olundu - Foto
Tarix: 11-05-2016 | Saat: 16:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Əli bəy adına mükafatlar təqdim olundu - Foto
Bu gün AYB-nin “Natəvan” klubunda “Ədəbiyyat qəzeti”nin illik əlavəsi olan “Ədəbiyyat” jurnalının ilk sayının təqdimatı olub.

"Xəbəraz.az " xəbər verir ki, təqdimatı giriş sözü ilə AYB sədrinin 1-ci müavini, xalq şairi Fikrət Qoca açıb. O, “Ədəbiyyat” qəzetinin son ildə əldə etdiyi ədəbi uğurdan bəhs edib və qəzetin illik əlavəsinin dərcini yüksək qiymətləndirib.

Sonra söz “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turana verilib. Azər Turan qəzetin həftəlik olaraq 32 səhifə çıxmasından, bu qəzetin keyfiyyətinə və dövriliyinə görə regionda və Türk dünyasında ən böyük qəzet olmasından danışıb. O bildirib ki, qəzet “Əli bəy Hüseynzadə mükafatı” da təsis edib. Bu gün il ərzində qəzetdə dərc olunan müəlliflərdən bəzilərinə o mükafat təqdim olunacaq.

Rüstəm Kamal, İlqar Fəhmi, Günel Eyvazlı, Kənan Hacı, Əyyub Qiyas qəzetdə dərc olunan esselərinə və prozaik əsərlərə, tənqidçilər İradə Musayeva, Elnarə Akimova, Mətanət Vahid qəzetdəki ədəbi-tənqidi yazılarına görə və qəzetin əməkdaşı Sərvaz Hüseynoğlu qəzetin dizaynına və hazırlanmasındakı xidmətinə görə “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüblər.

Daha sonra İsa Həbibbəyli, Ramiz Rövşən, Nizami Cəfərov qəzetin son dövrlər əsl ədəbiyyat qəzeti olaraq dərc edilməsindən söz açıblar.

1 / 1StartStop


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___