Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həddən artıq tərləmənin ƏLACI: dərman vurulur və...
Tarix: 11-05-2016 | Saat: 16:39
Bölmə:Karusel | çapa göndər

Həddən artıq tərləmənin ƏLACI: dərman vurulur və...
Artıq yay fəslinin gəlməsinə sayılı günlər qalır. İsti yay günlərinin təbii halı olan tərləmə isə bir çoxlarını təlaşa salır. Bəzi insanların normadan daha çox tərləməsi cəmiyyətdə təcrid olunma, diskamfort hissi yaradır. Onlar daim özlərini gizlətmək istəyir, toplum arasına çıxmaqdan çəkinirlər. Tərləmə daha çox qol altında müşahidə edilsə də, həddən artıq tərləyən insanlarda əllərin içi, ayaqların altı və bədənin büküş hissələri də tərləyir. Paltarı geyindikdən bir neçə dəqiqə sonra sanki suya salınıb çıxarılmış halına düşür. Bu isə insanın estetik görünüşünə xələl gətirir, psixoloji gərginlik yaradır. Bəs həddən artıq tərləmənin bir çarəsi varmı? Bu problemin qarşısını almaq mümkündürmü? Suallarımızı cavablandıran həkim-kosmetoloq Günay Mikayılova həddən artıq tərləmə - hiperhidroz problemi və onun həlli yollarından danışıb. Aile.lent.az G. Mikayılovanın bu estetik-sağlamlıq problemi haqqında fikirlərini təqdim edir.

Məlumdur ki, insan bədənində olan piy, tər vəziləri, tüklər və dırnaqlar dərinin əlavələri hesab olunur. Piy vəziləri dərinin yağlılığını tarazlayır, tər vəziləri dərinin nəmliyini nizamlayır və termorequlyasiya edir. Yəni tər vəziləri dərinin temperatur requlyasiyasında iştirak edən əsas amillərdən biridir. Lakin bəzi insanlarda tər vəzilərinin fəaliyyəti həddən artıq çox olur və artıq patoloji hala keçir: “Bu patoloji hala tibdə hiperhidroz deyilir. Yəni tər vəzilərinin normadan çox tər ifrazı hiperhidroz adlanır. Bu, əsasən tər vəzilərinin sıx olduğu bölgələrdə olur. Məsələn, qol altı nahiyə, ovuc içləri, ayaq altı və bədəndəki büküş hissələrdə. Xəstələr bizə əsasən qolların altı, əllərin içi və ayaqların altında müşahidə edilən həddən artıq tərləmə şikayəti ilə müraciət edirlər”.


Kosmetoloq bildirir ki, həddən artıq tərləmə ilə mübarizə aparmaq psixoloji-emosionla problemlər, kompleks yaradır: “Bu cür problemi olan insanlar qarşılarındakılarla təmas edərək görüşə bilmirlər, çünki əlləri tərli olur. İnsanlarla yaxın təmasda ola bilmirlər, çünki çox zaman tərdən xoşagəlməz qoxu gəlir. Bu isə utancaqlıq yaradır. Geyimlərində qoltuq altı nahiyə hər zaman su olur və estetik baxımdan yaxşı görünmür. İnsanlar daim psixoloji gərginlik altında qalırlar, adekvat cəmiyyətə keçə bilmirlər. Xəstələr bildirir ki, tərə qarşı heç bir vasitə, ən yaxşı antipresperant belə, onlara kömək etmir. Çünki bu problem estetik problemdən çox, artıq terapevtik, yüngül sağlamlıq problemidir və xəstəlikdir. Bu pasientləri biz cəmiyyətə geri qazandırmalıyıq. Burada söhbət təkcə estetikadan yox, cəmiyyətə, ictimai həyata qaytarılmaqdan gedir”.


Həddən artıq tərləmənin səbəbləri

G. Mikayılova hiperhidrozun irsi olaraq, stress fonunda yarana bildiyini, hormonal dəyişikliklər zamanı, keçid dövründə və vegetativ sinir sisteminin problemləri ilə əlaqədar ola bildiyini deyir. 13-14 yaşlarında keçid dövrünü yaşayan yeniyetmələrdə başlanğıc mərhələ baş qaldırır və getdikcə artır.


Müalicəsi

Hiperhidrozun iki cür müalicə üsulu var. Bunlardan biri cərrahiyyə yoludur: “Cərrahiyyə yolu terapevtiv üsuldur. Cərrahiyyə yolu ilə bu problemin həllinə nail olmaq üçün həmin tərləyən nahiyəni inervasiya edən sinir kəsilir. Təbii ki, bunun fəsadları da ola bilər. Çünki sinir axı təkcə tər vəzilərini inervasiya etmir. Başqa yerləri, məsələn, piy vəzilərini də inervasiya edir. Yəni onun funksiyası sadəcə tər vəziləri deyil. Cərrahiyyə radikal metoddu və o qədər də populyarlıq qazanmayıb. Cərrahi metodların biri də lazerlə aparılan prosedurdur. Lakin bunu əllərdə və ayaqlarda etmək mümkün deyil. Lazerin köməyi ilə qol altı büküşlərdə tər vəzilərini parçalamaq, yəni onları atrafiya etmək mümkündür. Azərbaycanda hələ ki, geniş yayılmayıb. Çünki həmin lazerlər xüsusi lazer qurğularıdır”.


G. Mikayılovanın məsləhət gördüyü üsul konservativ üsuldur. Bu, botulinaterapiyadır: “Yəni kosmetologiyada çox məşhur olan Botulotoksin A-nın köməkliyi ilə müalicəvi yolla həddən artıq tərləmənin qarşısı alınır. Problemli hissələrə müəyyən dozada həmin bu dərman vurulur və tər vəzini fəaliyyətə gətirən sinir iflic olunur. Nəticədə tər vəzinə sinirdən tər ifraz etmək əmri gəlmir. Bu halda isə tər vəzi fəaliyyətini dayandırır. Bu prosedurun insan orqanizminə heç bir ziyanı yoxdur. Botulotoksin ümumiyyətlə, kosmetologiyanın ən yaxşı araşdırılmış maddəsidir. Prosedurdan sonra heç bir əks təsir baş vermir. Artıq 50 ildən çoxdur ki, bu dərmandan istifadə olunur. Estetikada 30 ildən çoxdur ki, bir çox problemin həllində geniş yayılmış təbii maddədir. Bu maddədə olan toksinlər o qədər təmizlənmiş olur ki, zərəri haqqında heç düşünməyə belə dəyməz. Düzdür, yoxlanmamış, mənşəyi bəlli olmayan dərmandan istifadə etdikdə nəticəsi pis ola bilər”.

Tərləməyə qarşı botulina terapiyasının yeganə mənfi tərəfi müddətli olmasıdır. Yəni bu, ömürlük davam edən prosedur deyil: “Botulotoksin sadəcə inyeksiya edilən yerdə olur. O qədər kiçik dozada vurulur ki, dəridən o yana getmir. Vuran anda sinirə təsirini göstərir və sorulur. Lakin müddəti sinirin bərpa olunmasından asılıdır. İnsan orqanizmi canlı olduğu üçün daim yeniləndiyi kimi sinir də yenilənir. Sinir yeniləndiyi zaman da aktivliyi bərpa olunur və yenidən həddən artıq tərləmə baş verir. Sinir bərpa olunduqda botulotoksin də təsirini itirir”.

Onu da qeyd edək ki, botulina terapiyası zamanı insan bədəni bütünlüklə tərləmədən xilas olmur. Botulotoksin A maddəsi tərin miqdarını sadəcə normasına salır: “Bəzən deyirlər ki, tərləmək yaxşıdır. Lakin bunun patoloji hal alması artıq xəstəlikdir. Tər normalda olmalıdır. Biz tərləməsək, bişib yanarıq. Amma artıq olduqda ziyandır. Botulotoksin təri bütünlüklə aradan götürüb qupquru etmir, artığını aradan qaldırır və sadəcə normasına salır. Əsas odur ki, lazım olan miqdarda tər vəziləri fəaliyyətdə qalır”.



4668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___