Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanın nüvə hədəsinə ABŞ səfirindən reaksiya
Tarix: 11-05-2016 | Saat: 15:53
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İrəvanın nüvə hədəsinə ABŞ səfirindən reaksiya

ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin qəti əleyhinədir, o cümlədən də nüvə silahının.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Yerevanın nüvə silahının yaradılması haqqında bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, 31 mart-1 aprel tarixində ABŞ-da keçirilmiş nüvə sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sarkisyan iştirak edib:

"Bu sammitdə ABŞ Prezidenti Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahlarının yayılmasının qarşısının alınması idi. Sammitdəki mövqeyimiz bir daha göstərir ki, biz harada olmasına baxmayaraq, nüvə silahının tətbiqinin əleyhinəyik. Bu bizim rəsmi mövqeyimizdir".

R.Sekuta əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini yenidən danışıqlar masası arxasına oturmağa çağırır: "Mən, eləcə də həmsədr (Ceyms) Uorlik dəfələrlə bəyan etmişik ki, tərəflər yenidən danışıqlar masası arxasına oturmalıdırlar və biz onları geniş hərtərəfli sülh müqaviləsini bağlamağa çağırırıq. Biz hesab edirik ki, bu vacibdir".


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___