Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan AYB-yə nota verdi
Tarix: 11-05-2016 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycan AYB-yə nota verdi

İctimai televiziya "Avroviziya" mahnı müsabiqəsində baş verən təxribatla əlaqədar Avropa Yayımları Birliyinə rəsmi nota göndərib. Gözləmək lazımdır, görək birliyin cavabı necə olacaq.

Bunu ANS-ə açıqlamasında Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki nümayəndəliyinin rəhbəri Şaiq Məmmədov deyib.

O qeyd edib ki, istənilən halda ermənilərin tanınmamış, separatçı rejimin bayrağının zalda dalğalandırılması "Avroviziya"nın qaydalarına ziddir. O deyib ki, ermənilərin bu təxribatı “Avroviziya”a təhqirdir və komitənin qərarı yaxın vaxtlarda bilinəcək.

İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov ötən gün də erməni nümayəndə heyətinin qondarma DQR bayrağını dalğalandırdığına görə etirazını bildirib.

Ötən gecə Stokholmda keçirilən “Avroviziya-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma Dağlıq Qarabağ rejiminin bayrağını yarışmanın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

İsveçin nüfuzlu gündəlik nəşrlərindən biri olan “Ekspressen” qəzeti də erməni təxribatını manşetə çıxarıb.

Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib ki, çox aydın şəkildə öz siyasətlərini ifadə ediblər və siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirlər.

Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu, artıq bir cinayət ola bilər".



Xəbəri paylaş

7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___