Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tramp prezident seçilərsə... - Politoloq
Tarix: 10-05-2016 | Saat: 10:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Tramp prezident seçilərsə... - Politoloq
Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi ABŞ prezidentliyinə hazırkı namizədləri - Donald Trampla (Respublikaçılar) Hillari Klintonu (Demokratlar) Azərbaycanla gələcək münasibətlərin perspektivi baxımından müqayisə edib:

“Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar hörəcəyini, miqrantları ölkəyə buraxmayacağını, Putinlə dostlaşacağını, müsləmanların ABŞ-a girişini qadağan edəcəyini dedi. Bu fikirlər böyük qalmaqala səbəb oldu. Bütün bunlar dünyada mənfi reaksiya doğurduğu kimi, Azərbaycanda da narahatlıqla qarşılanır. Trampdan fərqli olaraq Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir. Azərbaycan Klintonun prezidentliyinə müsbət baxır, çünki onun Cənubi Qafqaz və iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı haqqında təsəvvürü var. Üçüncüsü isə Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini anlayır. O, prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığı davam edəcək”.

Politoloqa görə, Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərindəki 24 illik konstruksiya dağılacaq:

“Donald Trampdan başqa ABŞ-ı Konqres qanunları, Dövlət Departamentinin və Pentaqonun təlimatları da idarə edir. Bundan başqa, ABŞ-ın milli və təhlükəsizlik maraqları var ki, Tramp bu amilləri kənara qoya bilməyəcək. Yəni, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb, Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Əks halda bu, ABŞ-ın dünyadakı nüfuzuna zərbə vuracaq. ABŞ ənənəvi müttəfiqi AB-nin inamını da itirəcək. Bundan başqa, Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresdə respublikaçılar üstünlük təşkil etsələr belə, konqresmenlərin böyük əksəriyyətinin Trampın ekstravaqant islahatlarına dəstək verəcəyi böyük şübhə doğurur.

Azərbaycan Trampın prezident seçilməsindən narahat olmamalıdır. Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakının Ağ Evin yeni sahibindən əsas istəyi Azərbaycanın ərazi bütövlüyü siyasətini, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməsidir”.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___