Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə kişini öz maşınında yandırdılar - Foto/13+
Tarix: 08-05-2016 | Saat: 20:30
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Bərdədə kişini öz maşınında yandırdılar - Foto/13+

Bərdədə naməlum şəxslər kənd sakinini öldürməyə çalışıblar.

ANS-in məlumatına görə, hadisə gecə saatlarında rayonun Piyadalar kəndində baş verib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, zərərçəkən Salman Bayramov bir neçə şəxs tərəfindən kənd qəbristanlığının yaxınlığına çağırılıb. Naməlum şəxs və ya şəxslər tərəfindən kəndin ucqar ərazisinə gətirilən gəncin əvvəlcə başına küt alətlə bir neçə zərbə endirilib. Daha sonra özünün və avtomobilinin üzərinə benzin tökülərək yandırılıb.

Əldə etdiyimiz məlumata görə, yanğını görən kənd sakinləri Salam Bayramovu xilas ediblər. Dərhal təcili tibbi yardım xidmətinə və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinə məlumat verilib. Əraziyə gələn yanğınsöndürənlər alovu söndürüblər. Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılan 24 yaşlı Salman Bayramov əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Həkim Azər Zeynalov bildirib ki, yaralının diaqnozu ağır kəllə beyin travması və baş beyinin sol tərəfdən qəlpəli sınığıdır: "Bədənin 50-60%-i termiki yanıqdır. Hansı maddə ilə yandırılıb onu biz də bilmirik".

Yaralının yaxınları isə hadisə barədə danışmaq istəməyiblər.

Bərdə rayon prokurorluğundan isə hələlik hadisənin hansı səbəbdən və kimlər tərəfindən törədildiyinə aydınlıq gətirməyə çalışdıqlarını bildiriblər.
Bərdədə kişini öz maşınında yandırdılar - Foto/13+


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___