Gürcüstan sürət qatarları təklif edir
Tarix: 08-05-2016 | Saat: 14:39
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Gürcüstanın vaqonqayırma zavodu istehsal etdiyi yeni vaqonları və elektrik qatarlarını Azərbaycana satmaq niyyətindədir
Bununla əlaqədar hazırlanan yeni təkliflər paketi Azərbaycan tərəfinə təqdim olunacaq.
Bu haqda zavodun müşahidə şurasının sədri Nino Tsilosani məlumat verib.
N.Tsilosani zavodun Avropa standartlarına cavab verən yeni yük və sərnişin vaqonlarının, elektrik qatarlarının istehsalına başladığını bildirib:
«Lazım olan lisenziya alınıb. 2010-cu ildən başlayaraq çinli tərəfdaşlarımızla birgə sürətli elektrik qatarlarının istehsalını həyata keçiririk. Bu qatarlar hazırda Tbilisi-Batumi şəhərləri arasında fəaliyyət göstərir».
N.Tsilosani qeyd edib ki, zavodun məhsulları yüksək standartlara cavab verir:
«İstehsal etdiyimiz yüksəkkeyfiyyətli vaqonların qiymətləri də sərfəli olacaq. Ona görə də düşünürük ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi aktuallaşdıqdan sonra «Azərbaycan Dəmir Yolları» bu cür sürət qatarları, xüsusilə də yük vaqonları ilə maraqlanacaq. Biz bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etməkdən ötrü gələn ay Bakıya səfər edəcəyik».
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

23-09-2016, 21:23
“ASAN xidmət” mərkəzləri sentyabrın 26-da məhdud şəkildə işləyəcək
22-07-2015, 11:36
İlham Əliyev: Ölkədə sosial ədalətsizlik halları var
29-09-2021, 17:57
Bakıdakı “Nərmin” marketdə vaxtı ötən məhsullar satılır - VİDEO
8-08-2017, 13:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami və Xətai rayonlarında manitorinq keçirəcək
11-01-2017, 16:09
Sevda 30 saniyəyə - 15 min qazanacaq
12-06-2016, 13:20
Erməni daşnaklarının lideri Suriyada öldürüldü
15-03-2015, 11:38
"Elnur "Eurovision"la bağlı açıqlama verəcək"
4-01-2022, 11:40
Abşeronda ana və körpəsi dəm qazından zəhərləndi
22-02-2016, 21:44
Şəmkirdə məktəblini ürəyindən bıçaqladılar - YENİLƏNİB - VİDEO