Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Youtube-dakı xəcalətli azərbaycanlılar
Tarix: 08-05-2016 | Saat: 13:04
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Youtube-dakı xəcalətli azərbaycanlılar


Ermənilər Youtube-da fəallaşıblar. Düzdür, əvvəllər də fəal idilər. Amma dördgünlük müharibədən sonra həmin kanalda gələcəyə hesablanan siyasi hiyləgərliyə əl atırlar.

Birinci növbədə fəallaşma ondan ibarətdir ki, bütün baş verənləri rus və ingilis dillərində yayımlayırlar. Münaqişə ətrafında baş verənləri istər slavyandilli xalqlara, istərsə də anqlo-saksonlara çatdırırlar. İkinci manevrləri isə daha təhlükəlidir. Onlar videoları ya rusların, ya belarusların, ya da qazaxların adları adı altında yerləşdirirlər. Bunun səbəbi aprelin əvvəlində baş verən hadisələrdən sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək münaqişənin yenidən alovlanmasına görə narahatlığı və ölkəmizə dəstək verməsindən sonra yarandı.

Qazaxların adı ilə ölkəmizə qarşı çirkin kampaniyaları isə Qazaxıstanın iş adamlarından ibarət nümayəndə heyətinin İrəvandakı “İNVEST Armenia-2016” forumunda iştirak etməkdən imtina ilə bağlıdır. Bundan sonra Ermənistanın Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan Qazaxıstanı “totalitar” ölkə adlandırdı. Erməni ictimaiyyəti arasında həmin ölkəyə qarşı şüarlar səsləndirildi, neçə il əvvəl Nursultan Nazarbayevin adına yaradılan guşə ləğv edildi, onun portreti nümayişkaranə şəkildə yerə atıldı. Bütün bunlar youtube-a yerləşdirildi ki, Nazarbayev erməni xalqının ondan incidiyini görsün. Bir tərəfdənsə Nazarbayevin hansı səbəbdən belə etməsini anlamağa çalışdılar. Bunun kökünü isə 1918-ci ildə axtarmaq lazımdır. Çünki Andranikin digər dəstələri Qazaxıstanda 16 min qazaxı qətlə yetirmişdilər. Təbii ki, nəinki qazaxlar, heç bir millət onun xalqını soyqırım edəni bağışlamaz.

Beləliklə, ermənilər yeni hiyləgərliyə əl ataraq Azərbaycanın dostlarını onun özünə qarşı çevirirlər. Yaxud, həmin ölkələrlə dostluğumuzun pozulması üçün çox təhlükəli oyun oynayırlar. Məsələn, bu yaxınlarda hansısa erməni Belarusda bir səfili telefona çəkərək ora yerləşdirib. Belarus orada azərbaycanlılara nifrət etdiyini deyir, erməniləri tərifləyir. Ola bilər ki, o, bunu bir butulka araq, ya da bir tikə çörək qarşılığında deyib. İstənilən halda bunun pərdəarxası məqamlarını düşünən kimdir? Əsas odur ki, informasiya beyinlərə ötürüldü, vəssalam.

Dördgünlük müharibədən sonra ermənilərin Youtube-da yerləşdirdiyi digər məqamlar etnik zəmində nifaq salmaqdır. Onlar bu adda videolar yerləşdirirlər: “Talışlar, bu sizin müharibə deyil”, yaxud “Ləzgilər azərbaycanlılara qarşı”. Ona görə də biz də bu istiqamətdə işləyib ləzgilərin və talışların ermənilərə qarşı olmasına, eləcə də onların azərbaycanlılarla dostluğuna dair roliklər paylaşmalıyıq. İnsaf naminə deyilməlidir ki, son vaxtlar azərbaycanlılar erməni həyasızlığına qarşı tutarlı videolar sərgiləyirlər. Məsələn, “Qazaxıstan alimləri yalançı ermənilərə qarşı”, “Ruslar ermənilərdən beziblər”, “Erməni oğlan rus qızına təcavüz edib”, “Rusiyada kriminal durumun gərginləşməsində ermənilərin rolu” adı altında düşmənə qarşı effektiv cavab verilir. Bütün bunlar yaxşıdır və təqdiredicidir. Sadəcə, hamıdan xahişim ondan ibarətdir ki, youtube-da ermənilərin Qarabağdakı vandallığını, onların yalançı tarixlərini, Rusiyada hansı işlər törətdiklərini yayıb düşmənlə öz dilində danışmalıyıq.

Digər bir məqam isə videoların şərh bölümündə azərbaycanlılarla ermənilərin atışmasından ibarətdir. Əksər hallarda ermənilər özlərini bizdən daha mədəniyyətli aparıb necə sivil xalq olmalarını nümayiş etdirirlər. Yaxud, hansısa tarixçinin Qarabağın ermənilərə məxsus olmasına dair tədqiqat əsərlərindən sitat gətirirlər. Bizimkilər isə ancaq söyürlər. Onlar yenə yalançı tarixçilərdən, ya da hansısa siyasətçidən sitat gətirirlər, bizimkilər yenə söyürlər. İnanın ki, hərdən belə söyüşlərə görə adam xəcalət çəkir. Burada erməni hiyləgərliyi ondan ibarətdir ki, əksər hallarda söyüşə söyüşlə cavab verməyib belə yazırlar: “Şərhləri oxuyan müxtəlif xalqların nümayəndələri! Görün biz hansı vəhşi xalqla üz-üzəyik.

Sabah Qarabağı bunlara versək, bizim dinc həyatımız cəhənnəmə çevrilməzmi?”. Ona görə biz də tarixçilərimizin əsərlərindən sitat gətirib düşməni yerində oturtmalıyıq. Bir sözlə şərh bölməsinə nə isə yazarkən buna əvvəlcədən hazırlaşmaq lazımdır. Həmin şərh bölümündə azərbaycanlıların əksəriyyəti Puşkinin “Tazit” poemasındakı “Sən qulsan, sən oğrusan, sən ermənisən” sitatını daha çox hallandırırlar. Bir də Mayakovskinin ermənilərin necə yırtıcı olmasına dair şeiri də istisna deyil. Məncə, bunları çox verib qıcıqlandırmaqdansa, ya da söyməkdənsə, əsaslandırılmış dəlillər gətirmək daha münasibdir.


Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___