Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Buzovnada “UAZ” şoferinin qatillərinə hökm oxundu
Tarix: 24-04-2015 | Saat: 13:06
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Buzovnada “UAZ” şoferinin qatillərinə hökm oxundu
Əli hər vəzifədə olan adamın pis olmadığını bildirib.

Bakı Apellyasiya Məhkəməsində Naxçıvan sakini Əli Əliyevin (1975-ci il təv.) və Rahib Musayevin (1975-ci il təv.) CM-nin 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xeberaz.az xəbər verir ki, 2013-cü il sentyabrın 11-də axşam saat 22 radələrində Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları üzərində zorakılıq əlamətləri ilə Şuşa ş. sakini Salman Məmmədovu (1965-ci il təv.) aşkar ediblər, polis əməkdaşları ilə yanaşı hadisə yerinə təcili tibbi yardım işçiləri də gəliblər.

Məlum olub ki, hadisə barədə yerli sakinlər xəbər veriblər. Zərərçəkən küçədə, asfalt üzərində tapılıb, o, adının Salman olduğunu, bura özünə məxsus “UAZ” markalı maşınla iki nəfərin xahişi ilə yaşadığı Mərdəkan qəsəbəsindən yük aparmaq məqsədi ilə gəldiyini deyib.

Onun sözlərindən sonra, qonşu küçədə işıqları yanıqlı vəziyyətdə qalan sözügedən maşın aşkar edilib. Zərərçəkən 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə yerinin müayinəsi zamanı, maşının salonunda, qapısında qanabənzər ləkələr, hadisə yerində gödəkçə, papaq və daş parçaları aşkar olunub, fakta görə Xəzər rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, mərhum ağır dərəcəli kəllə-beyin travmasından və döş qəfəsində olan deşilmiş-kəsilmiş yaralardan keçinib.

Hadisədən üç həftə sonra polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində Əli Əliyev və Rahib Musayev saxlanılıblar, DİN-dən alınan tələbnaməyə əsasən hər ikisi əvvəllər məhkum olunublar.

İstintaqla müəyyən olunub ki, sentyabrın 11-də Əli Əliyev və Rahib Musayev Salman Məmmədovun Mərdəkan qəsəbəsində “Abşeron” sanatoriyasında yaşadığı evinə gələrək, ondan yük avtomaşını ilə Musayevin Buzovna qəsəbəsində olan evinə getməyi xahiş ediblər.

Getməkdə məqsəd Rahibin evindəki avadanlıqları aparmaq və evi boşaldaraq, sonra kirayəyə vermək olub. Qəsəbəyə çatdıqda sürücü ilə onların arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə yaranıb, başlanan dava zamanı təqsirləndirilən şəxslər Məmmədova küt alət və bıçaqla ölümünə səbəb olan xəsarətlər yetirməklə, onu qəsdən həyatdan məhrum ediblər.

Məhkəmə prosesində Əli Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib, R.Musayev özünü təqsirli hesab etməyib. Əliyev bildirib ki, ayın 11-də “Neftçilər” metrostansiyasının yanında görüşərək Mərdəkan qəsəbəsinə gəliblər, kafedə yeyib-içərkən Rahib Albalılıq sahəsindəki evini kirayəyə vermək istədiyini, bu səbəbdən orda olan lazımsız dəmir boruları və alüminium əşyalarını satmaq istədiyini deyib.

Həmin əşyaları daşımaq üçün ordan Mərdəkan qəsəbəsində yaşayan Musayevin tanışının yanına gəliblər. Salman Məmmədovla yol haqqını razılaşdırandan sonra ona məxsus “UAZ”a oturublar, Rahib sürücünün yanında, Əli isə arxada əyləşib. Yolda hərəkət edərkən Salman həyat tərzindən və dolanışığın çətin olmasından deyinməyə başlayıb.

O, vəzifəli şəxsləri söydükdə, Əli hər vəzifədə olan adamın pis olmadığını bildirib. Bu zəmində mübahisə başlayıb. Məmmədov hər hansı bölgədən asılı olmayaraq bütün varlı insanların ünvanına söyüş söydükdə, Əliyev onun baş nahiyəsindən əli ilə zərbə vurub, dava başlayıb.

Salman maşını saxlayıb, əvvəl salonda əlbəyaxa olublar, sonra davalarına çöldə davam ediblər. Əliyevin sözlərinə görə, onun əlinə daş parçası keçib və o, onunla Məmmədovun başına bərk zərbə endirib, sonra isə hadisə yerindən qaçıblar.

Rahib Musayevin sözlərinə görə, Əli və Salman dalaşarkən o yalnız onları aralayıb. Sürücü maşından düşüb qaçanda, yoldaşı Məmmədova çataraq ona bıçaq zərbələri vurub və yaralı qışqıraraq mağaza tərəfə qaçıb. Onlar isə yarımstansiyanın yanı ilə gedərək Maştağa yoluna çıxıblar, ordan isə taksiyə əyləşib uzaqlaşıblar.

Əli Əliyev Salman Məmmədovu öldürmək niyyətində olmadığını qeyd etməklə, ifadəsində bıçağın Rahibə məxsus olduğunu və kəsici aləti cibindən çıxararaq ona verməsini göstərib. Öz növbəsində Musayev bunu təkzib edib və bildirib ki, bıçaq Əlinin özündə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əliyev və R.Musayev cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hər biri 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Təqsirləndirilən şəxslərin şikayətləri əsasında cinayət işini araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___