Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vasif Talıbov sahibkarlarla görüşdü - Foto
Tarix: 07-05-2016 | Saat: 21:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Vasif Talıbov sahibkarlarla görüşdü - Foto
Mayın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunacaq dövlət müəssisə və təşkilatlarının rəhbərləri və sahibkarlarla görüşüb.

"Xəbəraz.az " Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə çıxış edən muxtar respublikanın iqtisadiyyat naziri Famil Seyidov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq olunması yerli istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılmasına, müəssisə və təşkilatların vaxtında ərzaq məhsulları ilə keyfiyyətli və davamlı təchizatına imkan verir. Hazırda muxtar respublikada 441 yeni sənaye müəssisəsi fəaliyyət göstərir. Yerli resurslar nəzərə alınmaqla təbii sərvətlərdən səmərəli istifadə edilməsi, kəndlərdə dayanıqlı istehsal sahələrinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə ötən müddət ərzində muxtar respublikanın rayon və kəndlərində 690 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Muxtar respublikada fəaliyyəti bərpa еdilmiş və ya yеni qurulmuş müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə, çeşidi 1116-a çatıb, 343 növdə məhsula оlan tələbatın tamamilə yеrli istеhsal hеsabına ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bugünkü görüşün keçirilməsində əsas məqsəd dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən, daxili bazarın qorunmasından və keyfiyyətə nəzarəti gücləndirməkdən ibarətdir. Keyfiyyət amilinə diqqət yetirmək, rəqabətədavamlı məhsul istehsal etmək və daxili bazarın tələbatını ödəmək məhsul istehsalında başlıca şərtdir. Muxtar respublikada həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda daxili bazarın bir çox məhsullara olan tələbatı yerli istehsal hesabına ödənilir, bu məhsulların keyfiyyəti və qiyməti istehlakçılar tərəfindən razılıqla qarşılanır.

Ali Məclisin Sədri bu sahədə qazanılan uğurlu nəticələrə görə aid təşkilatlara və sahibkarlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, bu gün ərzaq təhlükəsizliyinin təmin olunması dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdəndir. Çünki ərzaq təhlükəsizliyinin təmin olunması əhalinin sağlam qida məhsulları ilə təminatına, idxaldan asılılığın aradan qaldırılmasına, yeni iş yerlərinin açılmasına və insanların rahat yaşayışına xidmət edir. Bu gün ölkəmizdə qəbul olunan dövlət proqramları, həyata keçirilən tədbirlər də ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb. Hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Sovetlər İttifaqının aqrar əlavəsindən inkişaf etmiş, dotasiyasız yaşayan respublikaya çevrilmişdir. Bu inkişafa ona görə nail olundu ki, Ümummilli Liderimiz, ilk növbədə Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirdi, ərzaq məhsullarının istehsalı artırıldı. Kənd təsərrüfatının inkişafı isə ölkəmizdə sənayenin inkişafına səbəb oldu, mühüm iqtisadi layihələr həyata keçirildi. Bu gün müstəqil ölkəmizdə də ərzaq məhsullarının istehsalı sahəsində kompleks tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə toxum, lizinq yolu ilə gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Bütün bunlar isə ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məsələlərdəndir. Bu istiqamətdə ardıcıl tədbirlər görülür, sahibkarlara güzəştli kreditlər verilir, yerli istehsal dəstəklənir, daxili bazar qorunur. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması da bu sahədə görülən işlərin davamıdır. Müəssisə daxili bazarın tələbatının yerli məhsullarla ödənilməsi və onların ixrac potensialının artırılması sahəsində fəaliyyət göstərir. Lakin aparılan təhlillər nəticəsində aydın olur ki, dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasında pərakəndəlik vardır.

Ali Məclisin Sədri deyib: Dövlət büdcəsindən maliyyələşən təşkilatlar yalnız yerli istehsal məhsullarını almalı, daxili bazarda yerli məhsullara daha çox üstünlük verilməlidir. Bazarın tələbatının yerli istehsal hesabına ödənilməsində sahibkarların da üzərinə mühüm vəzifələr düşür. Sahibkarlar daxili bazarın tələbatını nəzərə almalı, keyfiyyətli məhsul istehsal etməlidirlər. İqtisadiyyat Nazirliyi yerli məhsulların çeşidinin artırılmasını diqqətdə saxlamalı, biznes planlar hazırlamalı, yeni müəssisələr yaradılmalıdır. Nazirlik aid təşkilatlarla birlikdə ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması qaydalarına ciddi əməl etməli, bununla bağlı qəbul olunmuş normativ aktlar izah olunmalıdır.

Sonra Ali Məclisin Sədri dövlət müəssisə və təşkilatlarının təchizatı üçün nəzərdə tutulan ərzaq və qeyri-ərzaq məhsullarına baxıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Vasif Talıbov sahibkarlarla görüşdü - Foto


Xəbəri paylaş

1 5068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___