Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov dalğıc poliqonunun açılışında - Foto
Tarix: 07-05-2016 | Saat: 20:58
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Zakir Həsənov dalğıc poliqonunun açılışında - Foto

Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub.

"Xəbəraz.az " Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təmin edilmiş poliqonun infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan gəmi və qayıq avadanlıqları kompleksləri, enerji, mühərrik sinifləri, barokamera və təlimatçı otaqları, tədris hovuzu, eləcə də digər inzibati və xidməti bölmələrə baxış keçirib.

Sonra təlim-məşq katerinə gələn Müdafiə naziri şəxsi heyətin praktiki hazırlığı üçün nəzərdə tutulmuş idarəetmə, gəminin davamlılığı və yanğına qarşı mübarizə postlarında da olub.

Xüsusi hazırlıq proqramına uyğun il boyu fasiləsiz davam edəcək nəzəri və praktiki məşğələlərdə dalğıclara sualtı üzgüçülük, qəza-xilasetmə və digər növ sualtı əməliyyatların yerinə yetirilməsi, eləcə də sualtı təchizat və avadanlıqlar barədə biliklər tədris ediləcəkdir.

Zakir Həsənov dalğıc poliqonunun açılışında - Foto
Zakir Həsənov dalğıc poliqonunun açılışında - Foto
Zakir Həsənov dalğıc poliqonunun açılışında - Foto
Zakir Həsənov dalğıc poliqonunun açılışında - Foto


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___